2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranda şüar: ‘Uşaq qatili olan hökumət istəmirik’

İranın müxtəlif şəhərlərinin küçələrində antihökumət etirazları davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

İranın cənubundakı Hörmüzqan vilayətinin Dəşti şəhərində çəkildiyi iddia olunan videoda adamların 35 yaşlı Həmid Mollayinin 40-ı mərasimi günündə küçələrə çıxdığı görünür.

Videodakı etirazçılar “Biz uşaq qatili olan hökumət istəmirik!” şüarı səsləndirirlər.

İki azyaşlı qızın atası olan Mollayi noyabrın 17-də Dəştidə təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

O gənc qadın Məhsa Əmininin polisdə ölməsindən başlanan etirazlarda həlak olan təxminən 500 nəfərdən biridir.

Dekabrın 26-da İranın Mahabad şəhərində etirazçılar bəzi gücələri tonqallarla bağlayıb antihökumət şüarları səsləndiriblər.

Sual yazılmış plakat

Tehran yaxınlığında keçirilən aksiyadakı plakatlardan birində “Ata, sən onların məni öldürdüyündən xəbər tutdunmu?” yazılmışdı.

Bu sual ötən ay İze şəhərində öldürülmüş 10 yaşlı Kiyan Pirfələkin dilindən yazılmışdı.

Hakimiyyət orqanları Kiyanın ölümü barədə məlumatı onun atası Meysəm Pirfələkə 40 gündən sonra çatdırmışdılar.

Ailənin avtomobili təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulanda Meysəm Pirfələk də yaralanmışdı.

Paytaxt Tehranda və Məşhəd şəhərində isə adamlar antihökumət şuarları səsləndirmək üçün evlərin damlarına çıxıblar.

Etirazların səngimək bilməməsinə baxmayaraq, hakimiyyət də geri çəkilmək niyyətində olmadığını və etirazların daha sərt cəzalandırılacaqlarını bildirir.

24 saat” “
İranda şüar: ‘Uşaq qatili olan hökumət istəmirik’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button