2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İranda tələbə qızlar qarşısında yeni tələb

Mənbə: Fox News

Tərcümə: Novator

ABŞ-ın “Fox News” kanalının internet səhifəsində İranda tələbə qızların sıxma-boğmaya salındığı barədə məqalə dərc olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Qadın hüquqlarının bərqərar olması uğrunda aparılan bir neçə aylıq etiraz aksiyalarından sonra İranda tələbə qızları hicabı düzgün taxmağı öyrənmələri üçün konsultasiyadan keçməyə məcbur edirlər.

Ölkənin bütün universitetlərində qadın hüquqlarının müdafiəsinə qalxmış tələbələrin hərəkatını boğmaq üçün ciddi iş aparılır.

Onlarca tələbə qız hicabı düzgün taxmaması arqumenti ilə məcburi konsultativ məşğələlərə çağırılır.

Ölkədə kütləvi etirazlar xeyli dərəcədə səngisə də, bəzi yerlərdə, xüsusilə universitetlərdə müqavimət ruhu qalmaqdadır. Ona görə hakimiyyət universitet rəhbərləri qarşısında bu məsələ ilə bağlı ciddi ölçü götürmək tələbi qoyub.

“Azad Avropa” radiosunun məlumatına görə, İranın cənub-qərbində yerləşən Şiraz Universitetindən tələbələrə bildirişlər göndərilib. Bildirişlərdə vurğulanıb ki, tələbə geyiminin lazımi tərzdə olmaması, hicabın çıxarılması qayda pozuntusudur və tələbə şuraları bu cür pozuntuların hər biri haqda məlumat verməyə borcludur.

İran rejiminin tətbiq etdiyi sərt geyim qaydalarından kənara çıxanlar konsultativ məşğələlərə getməli olacaqlar.

Oxşar bildirişlərin bütün universitetlərdən göndərildiyi vurğulanır. Tehranın Sur Universitetindən SMS vasitəsilə göndərilmiş bilidirişlərdə də qeyd olunub ki, tələbə qızlar “məcburi mədəni düşərgə”dən keçməlidirlər.

Qadın hüquqlarını müdafiə edən tələbələrə dəstək vermiş, yaxud birbaşa etiraz aksiyalarında iştirak etmiş professorların universitetlərdən qovulmasına da başlanıb.

İranda etiraz aksiyaları 2022-ci ilin sentyabrında 22 yaşlı qadın Məhsa Əmininin paytaxt Tehranda hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra işgəncə nəticəsində dünyasını dəyişməsinə cavab olaraq start götürüb və beş aya yaxın davam edib.

Məhsa Əminin həbs və ölüm tarixçəsini ictimaiyyətə iki xanım jurnalist çatdırıb. “Politico” qəzetinin məlumatına görə, indi həmin jurnalistlər həbsdədirlər. Məhsa Əmini hadisəsi ölkədə milli hərəkatın baş qaldırmasına səbəb olub. Hərəkat dövründə 19 min 600 nəfər həbsə atılıb, 520 adam öldürülüb.

Uzun illərdir İranda qadınlar müxtəlif zorakılıqlarla üz-üzədirlər. Onlara təkcə tez-tez səyahətə çıxmaq, ictimai yerlərdə rəqs etmək və ya idman yarışlarında iştirak etmək qadağan olunmayıb, onların gündəlik geyiminə də məhdudiyyət qoyulub. Bu ölkədə qadınlardan dar paltar geyinməmək, ictimai yerlərdə daim hicab taxmaq tələb olunur.

Məhsa Əmini aksiyaları zamanı bəzi qadınlar öz baş örtüklərini çıxarıb yandırırdılar. Belə hərəkətlər isə sərt cəzalara, o cümlədən həbsə səbəb ola bilər.

İranda Məhbusların Monitorinqi Komitəsinin (mühacirətdə fəaliyyət göstərən bu komitə könüllülərdən ibarətdir) hesabatına əsasən, 2023-cü ilin yanvar ayının sonunadək 700-ə yaxın universitet tələbəsi tutulub. Onların çoxu həbs, şallaqlanma cəzalarına məhkum edilib və təhsil aldıqları ali məktəblərdən qovulub.

24 saat” “İranda tələbə qızlar qarşısında yeni tələb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button