Now Reading:
İranda terrorçu qrup zərərsizləşdirildi

Qanunsuz yollarla İrana daxil olan terrorçu dəstə zərərsizləşdirilib.

Virtualaz.org “Fars” agentliyinə istinadən bildirir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, İranın qərbində yerləşən Sərdəşt şəhərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Onların üzərinə baxış keçirilib və qanunsuz olaraq gəzdirdikləri “Kalaşnikov” avtomatı aşkar edilib. Həbs olunanların yaşadıqları mənzillərə baxış zamanı isə “Molotov kokteyli” hazırlamaq üçün maddə aşkar edilərək müsadirə olunub.

Bəyanatda bildirilib ki, bu adamlar Avropada təlim keçərək İrana göndərilib və burada sabitliyi pozmaq tapşırığı alıblar.

Hələlik istintaq davam edir. Həbs olunanların İrandakı əlaqələri və sabitliyi pozmaq planları araşdırılır.

Agentliyin mənbəyi onu da bildirib ki, kəşfiyyat xidmətləri həmçinin İranın şimal-qərbindəki Piranşəhr şəhərində əksinqilabçılar qrupunu zərərsizləşdirib. Qrup, mənbənin məlumatına görə, İrana partlayışlar və insanların qətlinin təşkil edilməsi və bununla hakimiyyətə qarşı narazılığı qızışdırmaq üçün gəlibmiş…

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.