2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranda toz fırtınası: 120 nəfər xəsarət alıb

İranın Sistan-Bəlucistan əyalətində baş verən toz fırtınası nəticəsində 120 nəfər xəsarət alıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu əyalətin fövqəladə hallar üzrə idarəsinin müdiri Abdülrəhman Şehnevazi bildirib.

Onun sözlərinə görə, əyalətin şimalında küləyin sürəti saatda 80 km-ə çatıb. Nəticədə hər kub metrdə 4580 mikroqram zərərli toz kütləsi havaya qalxıb. A.Şehnevazi bildirib ki, normada hər kub metr havaya 150 mikroqram zərərli toz kütləsi düşür. Onun sözlərinə görə, hazırda bölgənin havası 31 dəfə çirklənib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button