2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“İranda türklərin nazir təyin olunmaması onlara zülmdür”

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur Həsən Ruhaninin yeni nazirlər kabinetinə işarə edərək türklərin kabinetdə yer almamasına növbəti dəfə etiraz edib.

Saytların yığılması Saytlarin yigilmasi

Mətbuatda yayılan məlumata görə, millət vəkili hələlik təyin edilməmiş Energetika və Elm, tədqiqat və texnologiyalar naziri postları haqda növbəti dəfə xəbərdarlıq edib. “Nazirlərin siyahısı parlamentə təqdim olduğu zaman mən prezidentə dedim ki, Azərbaycandan heç bir nazirin adı siyahıda yoxdur. Ona görə də ən azı Elm, tədqiqat və texnologiyalar naziri türklərdən seçilməlidir. Bu haqda hələki müzakirələr gedir, nəticənin nə olacağını demək çətindir”- deyə o bildirib.

N.Qazipur azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etirazlarını davam etdirəcəyini deyib.

“Parlamentə təqdim olunacaq nazir türk olarsa ona səs verəcəm, əks halda onun lehinə səs verməyəcəm. Ona görə ki, qeyrət və cəsarət beşiyi olan Azərbaycanın Nazirlər Kabinetində təsmil olunmaması böyük zülmdür. Mən təbii ki, bu məsələni heç vaxt boş buraxmayacam və gedişatı diqqətdə saxlayacam”- deyə millət vəkili əlavə edib.

O sözlərinin sonunda Urmu gölü böhranına da toxunub.

“Urmu gölü son nəfəslərini alır, artıq onun 97 faizi quruyub. Cənab Həsən Ruhani Hakimiyyətə yeni gəldiyi zaman Urmu gölünün vəziyyəti bu qədər də gərgin deyildi. Urmu Gölünü Canlandırma Mərkəzi Azərbaycanın ölüm mərkəzinə çevrilib, bu qurum hətta Urmu gölü bəhanəsi ilə bölgədə əkinçiliyi məhv edir və bu şəkildə məntəqəni inkişafdan geri saxlayır. Mən bilmirəm bu işləri nə zamanadək davam etdirəcəklər?! Lakin hamı bilsin ki, Qazipur bir an da olsa əhalinin hüququnu qorumaqdan geri addım atmayacaq”- deyə millət vəkili bəyan edib.

İran prezidenti Həsən Ruhani 12-ci hökumət üzvlərinin siyahısını Elm, tədqiqat və texnologiyalar naziri istisna olmaqla avqustun 8-də parlamentə təqdim edib. Avqustun 20-də İran parlamenti 5 günlük müzakirələrdən sonra nazir postlarına təklif edilən şəxslərin səlahiyyətini səsə qoyub. Deputatlar energetika naziri postuna təklif edilən Həbibullah Bitərəfdən başqa, siyahıda adı olan bütün şəxslərə etimad səsi veriblər. Hazırda Enegerika və Elm, tədqiqat və texnologiyalar naziri postları boşdur. Azərbaycanlı millət vəkilləri Nazirlər Kabinetində türklər də yer alsın deyə bu postlara türklərin təyin edilməsini tələb edirlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button