Loading...
Loading...
Xəbərlər

İrandan 30 kiloqram narkotik maddə qaçaqmalçılığının qarşısı alınıb

Bakı/24.01.22 İrandan Azərbaycana narkotik maddə qaçaqmalçılığının qarşısı alınıb, Dövlət Sərhəd Xidməti bildirib.

Məlumata görə, yanvarın 22-də saat 19:45-ə yaxın naməlum şəxs Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığında Azərbaycanın dövlət sərhədini pozub.

Sərhəd naryadı dərhal “həyəcan” komandası ilə qaldırılıb, xidmət zonası isə bağlanıb.

Sərhədçinin “Dayan!” əmrinə tabe olmayan  pozuculardan biri qaranlıqdan istifadə edərək qaçıb gizlənib, digərini saxlamaq mümkün olub.

Saxlanılan şəxs İran vətəndaşı Əli Xudaverdi Əsədlidir (1985-ci ildə anadan olub).

Ondan 30 kiloqrama yaxın narkotik və psixotrop maddə, o cümlədən tiryək, heroin, marixuana, metadon-40 həbləri aşkar edilib. – 16B-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button