Now Reading:
İrandan Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İrandan ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin (DGk) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, vətəndaşın düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 36,068 qram narkotik vasitə – heroin və 97 ədəd həb şəklində metadon adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II siyahısına daxildir və aşkar olunan 97 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,88 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.