2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İrandan gələn siqnal 

Mənbə: Washington Post

Tərcümə: Novator 

İran İslam Respublikasında hicab qaydalarına riayət nəzarəti həyata keçirən əxlaq polisi fəaliyyətini müvəqqəti dayandırıb, yoxsa ləğv olunub?

Saytların yığılması Saytlarin yigilmasi

Ötən həftəsonu mətbuat konfransı keçirən İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri suallardan birini cavablandırarkən əxlaq polisinin fəaliyyətini dayandırdığını söyləyib. Bu, dünya mediasında əxlaq polisi xidmətinin ləğv olunması kimi təqdim edilib. Doğrudanmı belədir?

ABŞ-ın “Vaşinqton Post” qəzetində bu mövzuda dərc edilmiş məqalədə ekspertlərə istinadla bildirilir ki, İranda gənc qadın Məhsa Əmininin ölümündən sonra keçirilən kütləvi etiraz aksiyaları fonunda əxlaq polisinin fəaliyyəti həqiqətən duyulmur, Daxili İşlər Nazirliyinin hicab qaydalarına riayət olunmasına nəzarət etmək üçün küçələri dolaşan xüsusi patrul qrupları (əxlaq polisi məhz onlara deyilir, İranın özündə bu qrup rəsmən irşad patrulu adlanır; irşad sözü burada düzgün davranışa yönəltmə mənasında işlənir) gözə dəymir.

Qeyd olunur ki, çox güman, baş prokuror əxlaq polisinin fəaliyyətini dayandırdığını deyəndə elə bunu nəzərdə tutub. Çünki bu polis xidmətinin (irşad patrullarının) ləğvi barədə hələlik rəsmi qərar yoxdur.

Baş ofisi London şəhərində yerləşən “Chatham House” Beynəlxalq Münasibətlər Mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramı üzrə direktoru Sənam Vəkil də “Vaşinqton Post”a deyib ki, İran baş prokurorunun açıqlamasını əxlaq polisinin ləğvi kimi qəbul etməyə tələsmək olmaz.

“İslam rejimi tez-tez bəzi ideyaları ortalığa atıb cəmiyyətin reaksiyasını yoxlayır” söyləyən Sənam Vəkil eyham vurub ki, Məhəmməd Cəfər Müntəziri, daha dəqiqi, onun vasitəsilə bütövlükdə islam rejimi ictimai rəyi testdən keçirməyə cəhd göstərə də bilər.

Sənam Vəkil onu da bildirib ki, İranda qadınların başını örtməsi məcburiyyəti qüvvədə qalır və hökumət irşad patrullarını birdəfəlik yığışdırmaq qərarına gəlsə belə, buna hicabın məcburiliyi şərtinin aradan qalxması kimi baxmaq olmaz.

Ekspertin sözlərinə görə, rejimin başqa nəzarət, təzyiq, təhdid vasitələri var və fərqli bir hökumət qurumunun tabeliyində bir qədər fərqli formada əxlaq polisi funksiyasını yerinə yetirən, yəni hicab qaydalarına riayət olunmasına nəzarət edən yeni struktur yaradıla da bilər.

Bütün bunlarla bərabər “Vaşinqton Post”un məqaləsində vurğulanır ki, baş prokurorun açıqlaması, onun həm əxlaq polisinin fəaliyyətini dayandırdırdığı, həm də ölkədə hicab qaydalarını müəyyənləşdirən qanuna yenidən baxılmasının mümkün olduğu haqda dedikləri bir siqnaldır: rejim xalqın tələbi qarşısında güzəştə, islahatlara gedə bilər.

“Vaşinqton Post” xatırladır ki, Məhsa Əmini aksiyaları keçiriləndən bəri hələ bu səviyyədə belə bir siqnal olmamışdı.

Bəs güzəştlər, islahatlar etirazçıları qane edə, aksiyalara son qoya biləcəkmi?

“Onlar doğrudanmı düşünürlər ki, əxlaq polisini ləğv etməyin bir faydası olacaq? Məgər bilmirlərmi hədəfimiz bütövlükdə sistemin özüdür?!” – “Vaşinqton Post”un verdiyi məlumata görə, iranlılardan biri “Tvitter” şəbəkəsində belə yazıb.

Məhsa Əminini əxlaq polisi sentyabrın 13-də hicab qaydalarını pozma ittihamı ilə tutub. Gənc kürd qadın üç gün sonra xəstəxanada dünyasını dəyişib. Çoxları onun fiziki zorakılığın qurbanı olduğuna inanır.

Məhsa Əmininin ölümünə etiraz olaraq keçirilən aksiyalar sentyabrın 18-də start götürüb və bütün ölkəni bürüyüb.

Aksiyaları yatırtmaq cəhdlərinin indiyədək 400 nəfərdən çox adamın ölümü, 15 min nəfərin həbsi ilə nəticələndiyi bildirilir.

The post İrandan gələn siqnal  appeared first on 24 saat.

24 saat” “İrandan gələn siqnal ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button