2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İranı ‘nüvə eskalasiyası’nı dayandırmağa çağırırlar

Birləşmiş Ştatlar Tehranı “nüvə eskalasiyasını dayandırmağa” və nüvə danışıqlarına qayıtmağa çağırır. Vyanada keçirilən danışıqların məqsədi İranın dünya gücləri ilə 2015-ci il sazişini dirçəltməkdir. BMT-nin nüvə agentliyi isə bu günlərdə İranın uran metalı istehsalını davam etdirdiyini açıqladı.

“İranın nüvə silahının hazırlanmasına birbaşa bağlılığı olan uran metalı istehsalına ehtiyacına mötəbər dəlil yoxdur”, – Dövlət Departamentinin sözçüsü Ned Prays avqustun 16-da axşam bəyanatında deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin üzv ölkələrə göndərdiyi hesabatda qeyd olunur ki, müfəttişlər İranın 20 faizədək zənginləşdirilmiş 200 qram uran metalı istehsal etdiyini təsdiqləyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Uran metalından nüvə bombasının hazırlanmasında istifadə oluna bilər.

İran yanvarda tədqiqat məqsədilə uran metalı istehsal etmək niyyətini açıqlayıb, bu yanacağın tədqiqat reaktoru üçün gərəkdiyini bildirib. Almaniya, Fransa və Britaniya bu açıqlamadan “dərin narahatlıq” ifadə ediblər.

Tehran 2015-ci il nüvə sazişi çərçivəsində uran metalı istehsal etməmək öhdəliyi götürüb. Ancaq ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsini sazişdən çıxarandan və Tehrana sanksiyalar qoyandan sonra İran bu öhdəliyi pozmağa başladı.

Prezident Co Bayden sazişə qayıtmaq istədiyini bildirib. Vyanada avropalıların vasitəçiliyi ilə keçirilən danışıqlarda isə fasilə yaranıb.

2015-ci il sazişini Fransa, Britaniya, Almaniya, Rusiya və Çin də imzalayıb. Saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. İran isə nüvə proqramının dinc məqsədli olduğunu deyir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button