2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranın Abadan şəhərində antihökumət etirazı başlanıb

Mayın 25-də başlanan bu etirazdan əvvəl, mayın 23-də Abadanda yarımçıq tikilmiş binanın uçması nəticəsində 19 nəfərin öldüyü və daha 40 nəfərin xəsarət aldığı xəbər verilirdi

Saytların yığılması Saytlarin yigilmasi

İranın cənub-qərbindəki Xuzistan ostanının paytaxtı Abadan şəhərinin küçələrinə ölkənin hakimiyyət orqanlarına etiraz edən yüzlərlə sakin çıxıb.

Mayın 25-də başlanan bu etirazdan əvvəl, mayın 23-də Abadanda yarımçıq tikilmiş binanın uçması nəticəsində 19 nəfərin öldüyü və daha 40 nəfərin xəsarət aldığı xəbər verilirdi.

Bu da xəbər verilir ki, xilasedicilər binanın xarabalığı altında qaldığı ehtimal edilən onlarca insanın axtarışını davam etdirirlər.

Rəsmilərdən biri deyib ki, bina uçarkən onun içində 50-dək sakinin olduğu təxmin edilir.

Bu rəqəmə artıq xials edilmiş şəxslərin də daxil olub-olmadığı aydın deyil.

Binanın uçmasından qəzəblənmiş sakinlər baş vermiş hadisəyə görə şəhər hakimiyyətini günahlandırırlar.

Xəbər verilir ki, hadisə yerində hiddətlənmiş adamlar Abadanın meri Hüseyn Həmidpuru döyüblər.

Hökumət tənqidçiləri deyirlər ki, inşaatçılar pula qənaət etmək üçün tikintini keyfiyyətsiz aparıblar.

Mayın 25-də sosial mediada paylaşılan videolarda etiraz aksiyası görüntülənib.

Bəziləri 1979-cu il inqilabının səhv olduğuna dair şüarlar səsləndirir, “Səriştəsiz hakimiyyətə ölüm!” çığırırdılar.

Xuzistan ostanının ədliyyəsi hadisə ilə bağlı cinayət təhqiqatına başlandığını bildirib.

İran prezidenti İbrahim Rəisi hadisə nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib və yerli hakimiyyət orqanlarını lazımi tədbirlər görməyə çağırıb.

İqtisadi məsələlərə cavabdeh vitse-prezident Mohsen Rezayi və daxili işlər naziri Əhməd Vahidi hadisə yerinə baş çəkiblər.

24 saat” “
İranın Abadan şəhərində antihökumət etirazı başlanıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button