2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İranın Azərbaycan əsilli yeganə qadın Olimpiya medalisti Almaniyaya köçür

Niderlandlı məşqçi təxribat aləti kimi istifadə olunmaqdan bezdiyi üçün ölkəni tərk etdiyini söyləyən İranın yeganə qadın Olimpiya medalisti Kimya Əlizadənin Almaniyaya köçdüyünü açıqlayıb.

2016-cı ildə Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Taekvando üzrə yarışlarda bürünc medal qazanan Azərbaycan əsilli Əlizadə bir neçə həftə əvvəl İrandan ayrılandan sonra Niderlandın cənubundakı Eyndhoven şəhərində məşqlərdən keçirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Niderlandlı Milli taekvondo məşqçisi Mimun el Buccufi bazar ertəsi günü Reuters-ə açıqlamasında bildirib ki, Kimiya fəaliyyətinə Almaniyada davam etmək qərarına gəlib.

Almaniyanın Bild qəzeti həftəsonu Əlizadənin karyerasını Almaniyada davam etdirmək istədiyini və Hamburqa köçdüyünü açıqlayıb. Əlizadənin həmçinin Niderland, Kanada, Belçika və Bolqarıstandan da təklifləri aldığı bildirilib.

“Bir çoxları onun üçün mübarizə apardı” – deyə, El Bucufi qeyd edib.

Kimiya bu ay Instagram-da “riyakarlıq, yalan, haqsızlıq və yaltaqlığın bir hissəsi olmaq istəmədiyini” üçün “ev üçün darıxmağın çətinliyini” qəbul etməyə hazır olduğunu yazıb.

“Mən onların mənə dediklərini geyinirdim və dediklərini edirdim. Əmr etdikləri hər cümləni təkrarlayırdım” – deyə, yazan idmançı “Heç birimiz onlar üçün əhəmiyyət kəsb etmirik, biz sadəcə alətlərik” sözlərini əlavə edib.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button