2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İranın Azərbaycan və Bəhreyn xofu

Mənbə: Yerusəlim Post

Tərcümə: Novator

İsrailin “Yerusəlim Post” qəzetində “İran Bəhreyndən Azərbaycanadək “sionist təhdidlər”lə üzləşdiyinə israr edir” başlıqlı məqalə dərc olunub. Məqalədə vurğulanır ki, Tehran İsrailin Fars körfəzindəki rolundan, eləcə də Azərbaycanla münasibətlərinin istiləşməsindən narahatdır: “İsraillə Azərbaycan strateji baxımdan tərəfdaş ölkələrdir. Bu yaxınlarda İsrailin müdafiə naziri Beni Qants Bakıda səfərdə olub.

Saytların yığılması Saytlarin yigilmasi

İsrailin müdafiə şirkətləri isə Bəhreyndə keçirilən beynəlxalq aviasiya şousuna qatılıb və Hərbi Hava Qüvvələrinin komandanı general Eyal Qrinboym bugünlərdə Bəhreynə səfər edib.

İsrailin Bəhreyn və Azərbaycanla əlaqələri İranı getdikcə daha çox narahat etməyə başlayıb. Məsələ Tehrandan ötrü mühüm əhəmiyyət daşıyır, çünki bu cür əlaqələr ayrı-ayrı qruplar vasitəsilə başqa ölkələrə hücuma keçən, təsir dairəsini genişləndirən İranın regionda oynadığı ənənəvi rolu dəyişir. İndi məhz İranın özü daxildə etiraz aksiyaları ilə üzləşib və belə bir məqamda yaxın ölkələrin ona təhlükə doğuracağından ehtiyatlanır”.

“Yerusəlim Post” qeyd edir ki, İsrailin Qafqaz və Fars körfəzi bölgələrindəki rolunun Tehranı narahat etməsi İran mətbuatında da açıq əks olunur. “Fars Nyus” qəzeti bugünlərdə Azərbaycanın tutduğu mövqeni uzun-uzadı tənqid edib və yazıb ki, İran öz sərhədi yaxınlığında İsrailin mövcudluğuna dözməyəcək, “sionist rejimin fəaliyyətinə göz yummayacaq və öz milli təhlükəsizliyinə yaranan təhdidlərə cavab olaraq bütün lazımi tədbirləri görəcək”.

“Fars Nyus”un Azərbaycanı heç bir xarici dövlətin onun siyasətinə təsir etməsinə imkan verməməyə çağırdığını xatırladan “Yerusəlim Post” bildirir ki, əslində bu, Tehranın Bakıya təhdididir və ilk növbədə Azərbaycanın Türkiyə ilə, İsraillə sıx əlaqələrinə reaksiyadır.

“Yerusəlim Post” İranın “Təsnim” xəbər agentliyinin Bəhreyndəki müxalifət fəallarına tribuna verməsini də təhdid kimi yozur, qeyd edir ki, “Fars Nyus”un yazdığı Bakıya xəbərdarlıq olduğu kimi “Təsnim”in yaydığı da Manamaya (Bəhreynin paytaxtı) xəbərdarlıqdır.

“Yerusəlim Post” İranın müasir silahlardan, səsdən sürətli raketlərdən söz açmasını da təsadüf saymır, bunun da regionu qorxuya salmaq məqsədi daşıdığını vurğulayır: “Bölgədə ən qabaqcıl raket sistemlərinə sahib ölkə İsraildir. Ona görə İran bilərəkdən belə bir bəyanat yayır ki, onun yeni raketləri hava hücumundan müdafiə sistemlərini yarıb keçməyə qadirdir.

Bundan əvvəl İran İsraili yüksək dəqiqlikli silahlarla hədələməyə cəhd göstərib. Bütün bunlarla Tehran həm də iki cinahda yerləşmiş cəbhəyanı ölkələr kimi baxdığı qonşularına – Azərbaycanla Bəhreynə ismarış ötürmək istəyir. İsmarış isə ondan ibarətdir ki, İran regionu təhdid etmək gücündədir.

Tehrana görə, İsrailin yüksək rütbəli rəsmilərinin Bəhreynə və Azərbaycana səfərləri ciddi regional dəyişiklik deməkdir. İran bu iki ölkənin İsraillə isti münasibətləri olduğunu çoxdan bilir. Lakin son aylar Tehranın öz ritorikasını daha çox Azərbaycan, Bəhreyn, o cümlədən Səudiyyə Ərəbistanı əleyhinə köklədiyi görünür”.

24 saat” “İranın Azərbaycan və Bəhreyn xofu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button