2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İranın Azərbaycanla bağlı siyasəti yanlışdır – Erdoğan

Bakı/21.10.21 Türkiyə prezidenti Erdoğan İran-Azərbaycan münasibətlərindəki böhranın isti mərhələyə keçəcəyini gözləmir. Bu barədə o, cümə axşamı Afrika səfərindən qayıdarkən jurnalistlərə bildirib.

“İran Azərbaycanda İsrailin mövcudluğuna istinad edərək, Azərbaycanla sərhəddə hərbi təlim keçirir. Türkiyənin Qafqazda fəal oyunçuya çevrildiyini nəzərə alsaq, İranın bu hərəkətlərinin mənası nədir və hadisələr isti böhrana çevrilə bilərmi?

“Şəxsən mən İranın Azərbaycanı İsraillə münasibətlərinə görə hədəfə çevirəcəyini gözləmirəm. Çünki bu gün İranda Azərbaycan amili göz önündədir. Bu, düşünməyə vadar edir. Bu, o qədər də asan deyil. İranın etdikləri yanlışdır və düşünürəm ki, İranın yeni administrasiyası bu yanlış xətti davam etdirməyəcək”, deyə Erdoğan Tehranın Bakıya təzyiq göstərməyə çalışmaqla nəyə ümid etdiyi barədə suala cavabda bildirib. -02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button