2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranın energetika naziri: “Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırıq”

“İran Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırdır”.

“Report” “news.am”a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının energetika naziri Həmid Çitçian İran-Ermənistan hökumətlərarası birgə komissiyanın açılışında bildirib.

“Ermənistan Prezidenti Serj Sarqsyanın Tehrana qarşıdan gələn səfəri iki ölkə arasında energetika və iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafına yaxşı imkanlar açır” – iranlı nazir vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

O deyib ki, hökumətlərarası komissiyanın gündəliyində üçüncü elektrik ötürücüsü xəttinin tikintisi layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi, eləcə də körfəzdən Qara dənizədək boru-kəmərinin çəkilməsi məsələləri var.

Xatırladaq ki, komissiyanın iclasında Ermənistanın energetika naziri Aşot Manukyan iştirak edir. Ermənistan KİV-i İran Prezidenti Həsən Ruhaninin Yerevana səfər edəcəyini yazıb. Ancaq həmin müddətdən iki həftə keçsə də bu səfər baş tutmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button