2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İranın güləş rəsmiləri İsrail siyasətinə görə istefa verib

İranın güləş federasiyasının rəhbəri hakimiyyəti tənqid edəndən sonra istefa verib. Səbəb israilli rəqiblərlə yarışmalara qoyulan qadağa üzündən atletlərin cəzalandırılmasıdır.

Fevralın 28-də federasiyanın vebsaytında dərc olunmuş məktubda Rasoul Khadem vəzifədən getməyə məcbur qaldığını yazıb, “görünür, xoşagəlməz mentalitetimə görə alınmayacaq.”

Saytların yığılması Saytlarin yigilmasi

Yalan danışa bilmirəm. Bəzən mövqe tutmağın ən yaxşı yolu müdafiə etməməkdir”, – o yazıb.

Olimpiya qızıl medalçısı olan Khadem iki ay öncə yenidən Güləş Federasiyasının prezidentliyinə seçilib.

Onun istefa xəbərindən sonra sərbəst güləş və yunan-roma güləşi üzrə şura üzvləri də kütləvi istefa verdiklərini açıqlayıblar. Bu haqda yarırəsmi ISNA agentliyi xəbər yayıb.

İran İsrail dövlətini tanımır və atletlərinə israillilərlə yarışmağı qadağan edib.

“YALAN DANIŞMAĞA MƏCBUR OLMAYAQ”

Ötən ay Ümumdünya Birgə Güləş İntizamı Palatası iranlı Alireza Karimi Mashiani-ni yarışlardan altı aylığa uzaqlaşdırıb. Səbəb onun noyabrda israilli rəqiblə qarşılaşmamaqdan ötrü yarışa getməməsi idi. Məşqçisi Hamidreza Jamshidi-yə iki illik qadağa qoyulub.

İranın güləş komandası

İranın güləş komandası

Bu qərardan sonra Khadem İran hakimiyyətini israilli opponentlərlə yarışlarla bağlı mövqeyinə görə tənqid edib. O, problemin “fundamental həlli”nə çağırıb, deyib ki, “atleti məğlubiyyətini qəbul etməyə, yaxud arayış almaqdan ötrü bütün gecəni həkim axtarmağa vadar etmək düzgün deyil”.

Bu şəraitdə işləməyə hazır deyilik”, – İranın sərbəst güləş şurasının üzvü Ebrahim Javadi ISNA agentliyinə deyib.

İran rəsmiləri “qəbul etdikləri qərarları beynəlxalq qurumlara açıqlamalı, məsələni aydınlaşdırmalıdırlar ki, yalan danışmağa məcbur olmayaq”, – Javadi söyləyib.

Güləş İranda populyar idman növüdür. 1979-cu il islam inqilabından bəri onlarla atlet israillilərə yarışları boykot edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button