2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranın iki aerofəza rəsmisi qətlə yetirilib

IRNA agentliyinin verdiyi xəbərə görə başqa bir vəzifəli İİKK üzvü, polkovnik Əli İsmayılzadə evində baş vermiş “insident” nəticəsində həlak olub

Saytların yığılması Saytlarin yigilmasi

İran hərbiyyəsi xəbər verir ki, ölkənin aerofəza sahəsində çalışan iki rəsmisi, iki ayrı-ayrı insidentdə həlak olub.

İran İslam Keşikçiləri Korpusunun (İİKK) aerofəza bölümünün üzvü Əli Kəmani iyunun 12-də Mərkəzi ostanının Xomeyin şəhərində “şəhid olub”.

Bu barədə məlumatı İİKK-yə bağlı Fars agentliyi yayıb.

Başqa bir xəbərə görə İran Müdafiə və Silahlı Qüvvələrin Logistikası Nazirlyinin əməkdaşı Məhəmməd Abdus iyunun 12 Simnan ostanında həyata keçirilən “missiya” zamanı “şəhid” olub.

Fars agentliyi xəbər verir ki, 33 yaşlı Abdus da aerofəza sahəsində çalışırdı.

İİKK-nin aerofəza proqramının İranın ballistik raket proqramı ilə sıx bağlı olduğu düşünülür.

İran aerofəza sənayesi habelə hərbi təyyarə və dronların istehsalı ilə məşğul olur.

Bu iki nəfərin eyni gündə ölümü ilə bağlı başqa təfərrüatlar verilməyib.

Silsilə “insidentlər”

Bu ölümlər İranın nüvə proqramı ilə bağlı gərginliyin ən yüksək həddinə çatdığı bir vaxtda baş verib.

Ekspertlər deyirlər ki, İranın nüvə prqoramı atom bombası üçün yanacağın istehsalına indi çox yaxındır.

2015-ci il nüvə sazişinin dirçəldirlməsi üçün Vyanada aparılan danışıqlar iflasa uğrayıb.

Bu sazişin müddəalarına görə Tehran onun üzərindəki Qərb sanksiyalarının qaldırılması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmalı idi.

Lakin İran son iki ildə uranın zənginləşdirilməsi dərəcəsini dəfələrlə artırıb.

Bu iki ölümdən əvvəl İİKK-nin polkovniki Səyyad Xodayi ötən ay Tehrandakı evinin qarşısında iki naməlum motosikletçi tərəfindən qətlə yetirilib.

İİKK bu qətlə görə “sionist rejimini” ittiham edib. İran hakimiyyəti adətən İsraili belə adlandırır.

IRNA agentliyinin verdiyi xəbərə görə başqa bir vəzifəli İİKK üzvü, polkovnik Əli İsmayılzadə evində baş vermiş “insident” nəticəsində həlak olub.

24 saat” “
İranın iki aerofəza rəsmisi qətlə yetirilib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button