2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İranın İrəvanla birgə Bakıya qarşı XAİN PLANI: Putinlə Ərdoğanı hərəkətə gətirən ADDIM

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tiflisdə gürcü həmkarı ilə görüşdə bəyan etdi ki, Fars körfəzi ilə Qara dəniz arasında nəqliyyat dəhlizi yaratmaq niyyətindədirlər.

Publika.az xəbər verir ki, Tehranın bu ideyası Azərbaycan tranzitinə alternativdir.

İranın Avropaya yükdaşıma üçün yeni nəqliyyat layihəsi hələ ötən il gündəmə gəlmişdi. Tehran Azərbaycanı, Türkiyəni və Rusiyanı keçərək Avropaya yüklərin çatdırılması layihəsinə alternativ olaraq Ermənistanı seçir.

Saytların yığılması Saytlarin yigilmasi

Təklif olunan marşrut belədir: Yüklər Meqri-Vayos-Dzor-Erasx yolu ilə Gürcüstanın Poti limanına gətirilir, orada Qara dənizin Boqarıstan limanlarına çatdırılır. Daha sonra marşrut Yunanıstana və İtaliyaya qədər uzanır. Layihənin potensial iştirakçılar tərəfindən dəstəkləndiyi haqda məlumatlar var. Belə ki, Bolqarıstan artıq Varna və Burqas limanlarına İran karvanının daxil olmasına razılıq verib. Hətta bolqarlar lazım olacağı təqdirdə, ixtisaslaşmış terminallar da tikməyə hazırdır. Bununla yanaşı, qarşıdakı dövrdə bu dəhlizə İraq və Suriyanın, həmçinin, Hindistan və Omanın da qoşulması istisna edilmir.

İran mallarının Azərbaycan vasitəsilə Avropaya daşınması ideyası əvvəldən mövcud olub. Tehran isə iddia edir ki, Ermənistan üzərindən təklif olunan marşrut məsafəni 60 kilometr qısaldır və daha ucuz başa gəlir.

Lakin burada siyasi səbəblər daha üstündür və Tehranın gətirdiyi arqumentlər o qədər də inandırıcı görünmür.

Rusiya mühəndisləri ittifaqının birinci vitse-prezidenti İvan Andrievskiy deyir ki, İranın Ermənistan və Gürcüstan marşrutunu seçməsi Türkiyədən asılı olmamaq istəyindən irəli gəlir: “İran Türkiyəni regionda özü üçün rəqib hesab edir”.

İranın bu addımı Azərbaycan və Türkiyə ilə yanaşı, həm də Rusiyaya qarşıdır. Çünki Cavad Zərifin danışdığı dəhliz “Şimal-Cənub” nəqliyyat dəhlizinə də alternativ hesab olunur.

“Şimal-Cənub” nəqliyyat dəhlizi Süveyş kanalı vasitəsilə dəniz marşrutuna alternativdir. Məqsəd Hindistandan başlayaraq, Avropaya qədər aparılan yüklərin daşınmasıdır. Marşrut üç variantda olacaq: Şərq-Transxəzər və Qərb. Bununla bağlı Rusiya, Azərbaycan və İran arasında müzakirələr aparılıb, müəyyən razılaşmalar da var.

Şərq marşrutu Qazaxıstan, Özbəkistan və Türkmənistan, Transxəzər marşrutu Xəzər limanları, Qərb marşrutu isə Həştərxan-Mahaçqala (Rusiya) – Samur – Astara (Azərbaycan) – Astara – Rəşt – Qəzvindir.

Bu nəqliyyat dəhlizi ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək, daşınma müddəti 20 gün azalacaq.

İ.Andrievskiy hesab edir ki, İran bu dəhlizə alternativ layihə irəli sürməklə Rusiyanın həm regionda, həm də Qara dənizdə təsirlərini azalda bilər.

Gürcü ekspert Lidiya Qivarqizova isə qeyd edir ki, yeni marşrutla İran Xəzərdə özünün çoxdankı rəqibi Rusiyanın mövqelərini zəiflədəcək.

İ.Andrievskiy İranın layihəsinə Ukraynanın qoşulma ehtimalının olduğunu da vurğulayıb: “Ukrayna Odessa limanı ilə bu layihəyə qoşula bilər. Laki çox güman ki, Rusiya bunun reallaşmaması üçün “Şimal-Cənub” dəhlizinin reallaşması prosesini sürətləndirəcək”.

İranın bu layihəsinin həyata keçəcəyi inandırıcı görünmür. Ən azından Rusiya öz vassalı olan Ermənistanın bu layihədə iştirakına imkan verməyəcək. Bu isə Tehranı Rusiya-Azərbaycan-Türkiyə xəttinə qoşulmasına məcbur edə bilər.

Lakin Tehranın burada Azərbaycana qarşı oyun oynadığı da diqqətdən qaçmır. Ötən il Azərbaycanla İranın dəmir yollarını birləşdirməyə imkan verəcək Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyuldu. Bu layihələrin həyata keçirilməsi üçün Azərbaycan böyük maliyyə vəsaiti xərcləyib. Bakının burada məqsədi beynəlxalq tranzitin əsas aparıcı ölkəsi olmaq və eyni zmanda işğalçı Ermənistanın blokadadan çıxmasının qarşısını almaqdır. Görünür, İran işğalçı Ermənistana dəstəyini kəsmək niyyətində deyil. Burada politoloq Elxan Şahinoğlunun cari ilin fevralında gündəmə gətirdiyi bir məsələ də yada düşür.

Politoloq qeyd edirdi ki, İranın dövlət banklarından biri üçüncü İran-Ermənistan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar maliyyə vəsaiti ayırıb: “Bu xəttin tikintisini iki ilə tamamlamaq planlaşdırılır. Ermənistanın pulu yoxdur, ona görə də maliyyələşdirmə missiyasını Tehran öz üzərinə götürürüb. İranın dövlət strurkturları Ermənistanın tamamən taqətdən düşməməsi üçün işğalçıya dəstək verirlər, İrəvanı ayaqda tutmağa çalışırlar. Bəs yaxşı Tehranın Ermənistana kredit ayırması üçün pulu varsa, Rəşt-Astara dəmiryolunun tikintisi üçün niyə Azərbaycandan maliyyə alır? Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb. Azərbaycan İrana kredit ayırır, İran isə Ermənistana kredit verir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button