2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranın kəndlərində 20 dərəcə şaxtada odun və heyvan təzəyi yandırırlar

Qış öncəsi İran Avropanın artan qaz ehtiyaclarını ödəyərək sərvət qazanmağa ümid bəsləyirdi.

Avropada qışın çətin keçməsi İrana bir çox üstünlüklər qazandıra bilərdi. Onlardan biri də Vyanada İranın dünya gücləri ilə nüvə danışıqlarının bərpası ola bilərdi. Bu fikirlər həm dövlət rəsmiləri, həm də dövlət mediasında səsləndirilirdi.

Saytların yığılması Saytlarin yigilmasi

“Daha yaxşı sövdələşmə üçün iki ay gözləyin, Avropaya qış gəlsin”, – əsasən Ali dini lider Ayətullah Əli Xameneyinin ifrat mühafizəkar fikirlərini əks etdirən “Kayhan” qəzeti yazırdı.

Nüvə danışıqları irəli getmədi, sanksiyalar yerində qaldı, söz verilmiş Rusiya qazı çatdırılmadı, İranın özünə yanvarda çox sərt qış gəldi. Buna baxmayaraq, Tehran hələ də nikbin idi.

İslam İnqilab Keşikçiləri Korpusuna yaxın “Javan” qəzeti kinayə ilə yazırdı ki, “fransızların odun, almanların kömür, britaniyalıların pişik təzəyi yandırdığı, isveçlilərinsə adyalların ümidinə qaldığı” zamanda İranın soyuqla problemi olmayacaq.

Ancaq temperaturlar endikcə ölkədə qaza tələbat artdı və İran artıq qaz nəql etmək iqtidarında olmadı. Hökumət bunun əvəzinə qaza qənaət etməyə başladı. Nəticədə bəzi məktəblər və ictimai məkanlar bağlandı. Qaz qiymətlərinin artması və qazın tez-tez kəsilməsi vətəndaşları qəzəbləndirdi. Onsuz da aylardır davam edən hökumət əleyhinə nümayişlərə yeniləri əlavə olundu.

Elektrik enerjisindən istifadənin artması nəticəsində şəbəkə yükləndi, mazut və heyvan təzəyi kimi kirli yanacaqlardan istifadə isə hava çirklənməsini daha da artırdı.

“Son bir neçə gün ərzində, temperaturlar -20º C-yə çatanda …biz insanlara nöyüt, yaxud maye yanacaq qaz verə bilmədik. Vəziyyət o qədər çətin idi ki, kəndlərdə odun və heyvan təzəyi yandırırdılar”, – ölkənin cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətindən seçilmiş millət vəkili Mohəmməd Sərqazi yarırəsmi ILNA xəbər agentliyinə deyib.

Sosial media postlarından ölkənin bir çox yerində qazın kəsildiyini, sərt soyuqlarda insanların çarəsiz durumda qaldığını görmək olurdu. Videolarda insanların maye qaz ala bilmək üçün uzun növbələrdə gözləməli olduğu, azyaşlı şagirdlərin sinif otaqlarında adyala büküldüyü görüntülənmişdi.

İstər iranlılar, istərsə də kənar müşahidəçilər nəhəng təbii qaz ehtiyatlarına malik ölkənin düşdüyü durumu heyrətlə izləyirlər. Ekspertlərinsə cavabı sadədir: on illərlə davam edən yanlış strategiya İranı yalnız təbii qazdan asılı duruma salıb və ölənin enerji təhlükəsizliyini risk altına atıb.

“İran dünyada ikinci ən böyük təbii qaz yataqlarına malikdir. Ancaq daxili istehlakın yüksək olması, yanlış idarəetmə, sanksiyalar, maliyyə resursları və qabaqcıl texnologiyaların çatışmaması kimi səbəblərdən ölkə bu kapitaldan səmərəli istifadə edə bilmir”, – Vaşinqtonda yaşayan enerji strateqi, Corc Meyson Universitetinin müəllimi Umud Şokri deyir.

Şokri AzadlıqRadiosuna yazılı cavabında qeyd edir ki, İran nəhəng yataqlarının olmasına rəğmən 2011-ci ildən bəri təbii qaz idxal edir. Həmin il Tehran Türkmənistandan qaz almağa başlayıb.

Ancaq bu əlavə qaz da dünyanın beşinci ən iri təbii qaz istehlakçısı olan İranın ehtiyaclarını tam ödəyə bilməyib. Yaranan kəsir bu qış günündə 300 milyon kubmetr həcminə çatıb. Daxili istehsal azaldıqca defisit daha da artır. Köhnəlməkdə olan infrastruktur sıradan çıxır, ölkə xarici investisiya və vəziyyəti dəyişmək üçün zəruri texnologiya cəlb edə bilmir.

Dünyanın ən iri təbii qaz yatağı olan Cənubi Pars yatağının istismarı sayəsində son iyirmi ildə daxili qaz istehsalı xeyli artıb. Bu yataq İran körfəzində dəniz təkindən 3 min metr dərində yerləşir. Ancaq İranın əksər qaz yataqları kimi, Cənubi Pars yatağında da yeni iri qazma platformaları quraşdırılmasa, istehsalın kəskin aşağı düşməsi gözlənilir.

Şokri deyir ki, hətta İran günü bu gün bu cür platformaları qurma təcrübəsi olan hər hansı xarici partnyorla razılığa gəlsə belə, bu 25 milyard dollara başa gələcək və nəticələrin əldə edilməsi beş il çəkəcək.

İranın enerji məsələləri üzrə ekspert Dalqa Xatınoğlu deyir ki, ölkənin təbii qaz yataqlarının çox hissəsi qaz sızmaları, səmərəsiz elektrik enerjisi istehsalı, düzgün saxlama anbarlarının olmaması kimi səbəblərdən israf olunur.

Onun sözlərinə görə, İran 2000-ci illərin əvvəllərində özünün neft və qaz sektoruna ildə 20 milyard dollara qədər vəsait yatırsa da, 2016-cı ildə bu rəqəm artıq yarıbayarı azalıb, o zamandan bəri də artıq ildə 3 milyard dollar səviyyəsinə düşüb.

İran Rusiyadan almağa ümid etdiyi 55 milyon kubmetr qazı da ala bilməyib. Şokrinin sözlərinə görə, İran Rusiyadan alacağı qazı həm daxili istifadəyə cəlb etməyi, həm də onun qarşılığında öz qazını Rusiyanın regiondakı müştərilərinə satmağı düşünürdü.

Ancaq qaz əsasən Moskvanın Türkiyədən keçən tranzit yollarına yönləndirildiyi üçün bu plan baş tutmadı. Şokri deyir ki, burada Rusiyanın öz potensial rəqibinə kömək etməklə bağlı tərəddüdü də rol oynayıb.

“Rusiyanın daha Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilmədiyini nəzərə alsaq, onun neft və qaz ixrac bazarı Asiyaya yönələcək. Moskva İranın Asiya enerji bazarında ona rəqib olmasını istəmir”, – o deyir.

Şokri yanvarda ödəmələrin gecikməsinə görə Türkmənistandan alınan təbii qazın itirilməsini və İranın yenidən Azərbaycana üz tutmasını da qeyd edib.

“İslam Respublikasının gərgin xarici siyasəti, habelə nüvə, raket və dron proqramlarını davam etdirməsi, digər ölkələrin işlərinə müdaxiləsi də İranın enerji sənayesindəki mövcud problemlərinin həllindən ötrü zəruri maliyyə və texnoloji resursları cəlb edə bilməməsinə səbəb olur”, – Şokri söyləyir.

24 saat” “
İranın kəndlərində 20 dərəcə şaxtada odun və heyvan təzəyi yandırırlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button