SEÇMƏ

“İranın sərhədlərin dəyişdirilməsinin qarşısını almağa imkanı var”

Yayımlandı: 21 Oktyabr 2022 16:04

İranın xarici işlər naziri xəbərdarlıq edib

İran sərhədlərin dəyişdirilməsi ilə bağlı istənilən ideyanın həyata keçirilməsinin qarşısını almaq imkanına malikdir”.
Bunu oktyabrın 19-da İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında söyləyib.

Məlumatı Azadlıq Radiosunun erməni xidməti yayıb.

Nazir əlavə edib ki, hətta belə bir niyyətə qarşı çıxmaq üçün hər addımı atacaqlar.

Azərbaycan Prezidenti ölkəmizin rəhbəri ilə görüşündə açıq şəkildə qeyd etdi ki, onların belə bir niyyəti yoxdur və regionda coğrafi və sərhəd dəyişiklikləri ilə bağlı heç bir məqsəd güdmürlər. Biz regionda geosiyasi və sərhəd dəyişiklikləri ilə bağlı ən yüksək səviyyədə müvafiq xəbərdarlıqlar etmişik. İranın istənilən belə ideyanın həyata keçirilməsinin qarşısını almaq və ona müqavimət göstərmək imkanı var”, – deyə Abdullahiyan əmin edib.

Hüseyn Əmir Abdullahiyan vurğulayıb ki, ölkəsi üçün 3+3 platforması kimi regiondakı daxili nümayəndələrin fəaliyyəti onlar üçün çox önəmlidir.

Oktyabrın 19-da Livanın “http://kataeb.org” portalı İranAzərbaycan prezidentlərinin son görüşünün dostluq şəraitində keçmədiyini, əksinə, iki lider arasında mübahisə olduğu barədə məlumat yaymışdı.

Nəşr yazıb ki, mübahisə Əliyevin İran qüvvələrinin Azərbaycanla sərhəddə cəmləşməsini tənqid etməsindən və bunu Bakının təhlükəsizliyinə təhdid adlandırmasından sonra yaranıb. Rəisi qüvvələrin əraziyə əyləncə və ya təlim üçün deyil, təhlükəsizlik və sabitliyin yaradılması, İranla Ermənistan arasında sərhədin dəyişdirilməsi və ya kəsilməsinə yönəlmiş istənilən plana qarşı mübarizə üçün göndərildiyini bildirib. Əliyev isə buna kəskin reaksiya verib.

Meydan TV

Gözdən qaçırmayın:  Paşinyan Moskvaya qarşı: 10 noyabr razılaşması ləğv olunur?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button