2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İranın yeni rəisi-cumhur kim olacaq?

Sabah (19 may) İran prezidentin seçəcək. Seçki əsasən iki şəxs arasıdna gedəcək- hazırkı prezident Həsən Ruhani və İbrahim Rəisi.
Seçki kampaniyası sakit məcarada keçsə də, İranın özünə məxsus mentaliteti və sistemi, eləcə də kampaniya boyunca üzə çıxan xırda görünən atmacalar bizə onu deməyə əsas verir ki, dərin sular altında vəziyyət heç də səthdə görünən kimi deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Sillə təhdidi

Məsələn, yuxarıda göstərdiyim kimi rəvan kampaniyaya baxmayaraq İranın ali dini rəhbəri Ayətullah Xamenei 4-5 gün İmam Hüseyn adına Hərbi və Müdafiə Təlimi Akademiyasının tələbələrinin buraxılış mərasimində seçkilərə toxundu; sekçinin təhlükəsiz şəraitdə keçməsinin vacibliyini vurğulayaraq eynən belə dedi: “Seçkilərin təhlükəsizliyini pozmaq istəyən hər kəs sillə yeyəcək

Sual yaranır: Seçkinin təhlükəsizliyini kim poza bilər ki?
Ayətullah Xameneinin elə həmin və başqa çıxışlarına baxsaq bu suala cavab tapmaq çətin deyil; ABŞ, İngiltərə yaxud İsrail.
Seçkidə bir qayda olaraq ictimai atmosferi yarışan tərəflər müəyyənləşdirir.  Adıçəkilən qüdrətli dövlətlər də nəsə etmək istəsələr mütləqdir ki, yarışan namizədlərlə koordinasiya etsinlər.
O zaman daha dramatik sual doğur, əcaba İran ali rəhbəri namizədlərin “xarici dairələrlə” əlaqəsinə işarə edir?
Birmənalı cavab vermək çətindi. Amma bu çağa qədər baş verənləri Ali rəhbərlə hazırkı prezident arasında olduqca zərif ziddiyətli məqamları nəzərə alsaq, demək olar ki, Ayətullah Xamenei namizəd Ruhaniyə mesaj ötürür. Bəlkə də, onu “xarici dairələrə” xidmət etməkdə deyil, nəticələr onun ziyanına olacağı təqdirdə kənar təsirlərə uyub ölkədə fitnə çıxarmaq fikirnə düşməkdən çəkindirir. Bir növ profilaktika işi aparır.
Xatırladaq ki, hazırkı prezident İranda şərti olaraq “islahatçılar” adlanan zümrəni təmsil edir.  “İslahatçılar”ın arxasında maliyyə oliqarxiyası dayanır, onlar bu maddi üstünlüklərini mənəvi planda İranın keçmiş prezidenti Rəfsəncanının avtoriteti ilə tarazlaşdırırdılar. Ə.Əkbər Rəfsancani Həsən Ruhaninin və “islahatçı” komandanın fikir babalarından sayılırdı, deyilənə görə o keçmiş xidmətləri və avtoritetinə görə tək-tük adamlardan idi ki, İranın faktiki və şəriksiz rəhbəri Ayətullah Xameneini tənqid edə bilirmiş.
Taleyin qəribə işləri var, bir çox “islahatçı” gizli formada hazırkı ali rəhbərin səhhətində problem olduğun, ondan sonra Ali Kürsüdə kimin oturacağını müəyyən edən şəxsin böyük ölçüdə Haşimi Rəfasancani olacağını müzakirə edərkən, əcəl sonuncunu bu ilin yanvarında alıb apardı.
Lakin, bir müdirikin dediyi kimi dirilər üzərində ölülərin hökmranlığı həmişəki təki indi də var. Elə buna görədir ki, Həsən Ruhaninin təbliğat roliklərində tez-tez H. Rəfsancani ilə birgə kadrları sıx-sıx görmək olurdu.

Müşahidələrə görə H. Ruhanının şansı heç də az deyil. Onun seçkidə qələbəsi qaçılmaz olacaq, bir halda ki, əgər İran dərin dövləti onun barədə neqativ qərar verməyibsə.
Həsən Ruhani sseçki müddətində heç də pis fəaliyyət göstərmədi. Dünyadakı ciddi böhrana rəğmən ölkə iqtisadi baxımdan geriləmədi, əksinə xırda da olsa irəlləyişə nail oldu. “Nüvə anlaşması”, İranın üzərindəki iqtisadi blokadanın əhəmiyyətli hissəsinin ləğvi məhz Ruhaninin hakimiyyətinə müyəssər oldu. Buna baxmayaraq, İran xalqı bütün xalqlara xas olan hövsələsizliyə malikdir, onlar gözləyirdilər ki, Qərblə bir masada oturan, dil tapan kimi sosial həyatlarında əhəmiyyətli dəyişikliyi duya biləcəklər. Bu isə hələ gözlənilən səviyyədə yoxdur, ona görə də bu faktor H. Ruhaninin reytiniqinin əleyhinə işləyir.
Üstəlik, əleyhdarları onu və komandasını İranın “düşmən qüvvələr” önündə yumşaq, güzəşcil siyasət yürüdüb əvəzində heç nə qazanmadığına görə ittiham edirlər. Ayətullah Xameneinin özü də bu xüsusda hökuməti az tənqid və xəbərdar eləməyib. Bütün bunların fonunda prezident seçkisində Həsən Ruhaninin qarşısında İbrahim Rəisinin çıxması bir çoxlarında artıq dəyişiklik barədə “yuxarı səviyyədə” qərar verildiyi təəssüratın doğurub.
İş ondadı ki, keçmiş prokuror İbrahim Rəisi təzəmacal, yəni bir il olmaz Ali Rəhbər tərəfindən şiələrinin səkkizinci imami Rzanın Məşhəd şəhərində ziyarətgahına rəis təyin edilmişdi. Bu ziyarətgahın İran üçün önəmini xüsusi vurğulamağa ehyitac yoxdur. Üstəlik belə bir starateji postun sahibinin ancaq könül işi kimi prezident seçkisinə qatıldığını demək də sahəlövhlük olardı. O, dəqiqdir ki, Ayətullah Xameneidən mənəvi və prosedur baxımından xeyir dua almışdır.

İbrahim Rəisi “mühafizəkar” dairələrin təmsilçisidir. Onun bütün həyatı-təhsilindən tutmuş, iş yerlərinə qədər İranın sərt siyasəti ilə çulğalaşmış formadadır.
İlk baxışda çox neytral təsiri bağışlasa da, Həsən Ruhani lap son açıqlamalarında  belə bir fikir işlətdi: Biz İranın yenidən dünyadan təcrid olunmasına imkan verməyəcəyik”. Bu Ayətullah Xamenei olmaqla, bütün mühafizəkar dairələrin dünya görüşünə ziddir, təndiddir. Çünki, bu fikir həm də o deməkdir ki, dünyanın qapılarını İranınü zünə bağlamasının səbəbi İranın idarəetmə sistemindədir. Halbuki, hazırkı İran ali hakim düşüncəsi bunun tərsidir. Ayətullah Xamenei və onun ardıcıllaran ibarət (bura siyasi mühafizəkarlar da daxildir) heyət hesab edir ki, ölkənin müəyyən elədiyi prinsipial xətt doğrudur, Amerika, İsrail, İngiltərə və s qüvvələr onlara qarşı qərəzli, məkrli plana malikdilər. Belə qüvvələrlə isə yumşaq, kompramisli siyasət aparmaqla nəyəsə nail olmaq özünü aldatmaqdı, İranı ziyana salmaqdır.
Bütün qeyd edilənləri yekunlaşdıraraq, aşağıdakı ehtimalları etmək olar.
Bir: H. Ruhaniyə yenidən şans veriləcək ki, başladığı prosesi sona çatdırsın.  Dünya gücləri ilə razılaşdırılmış siyasət bəhrə verəcəksə nə yaxşı, verməyəcəksə, uzun müddətdir, İranda əsas söz sahibi olmağa can atan “islahatçı” qanadın iflası sürətlənəcək.
İki: İranın müqəddaratına qərar verən güclər H. Ruhani və islahatçıların dövləti sanksiyalar altından çıxmaq üçün nələri etmək mümkün idisə etdiyini, daha bundan artığına nail olmaq müşkillüyü düşüncəsindədirsə, o zaman növbəti prezident şəksizdir ki İbrahim Rəisidir.
Ən dəqiqi isə budur, seçkinin nəticələrindən asılı olmayaraq İran siyasi səhnəsinə yeni ad girir- Rəisi və biz bu adla gələcəkdə tez-tez rastlaşacağıq. Hətta ola bilsin, Ali Rəhbərin seçimində.

Natiq Ədilov

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button