2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranın yeni xarici işlər naziri ərəb qonşuları ilə daha yaxşı münasibət qurmaq niyyətindədir

Belə görünür ki, İranın yeni baş diplomatı Hüseyin Əmir Abdullahian Tehranın Ərəb və Körfəz qonşuları ilə uzun müddətdir dondurulmuş münasibətlərini yaxşılaşdırmağa çalışır. Bu, Yəməndə Səudiyyə Ərəbistanı ilə İranın da iştirak etdiyi vasitəçi müharibəsi davam etdiyi bir vaxta təsadüf edir.

İranın regiondakı tərəfdaşları bu həftə düşməni olan Səudiyyə Ərəbistanına təzyiqi artırıb. Belə ki, onlar bazar günü Səudiyyə Ərəbistanının Yəmənin Ədən şəhəri yaxılığındakı Anad hərbi hava bazasına və çərşənbə axşamı səhər saatlarında isə Səudiyyə Ərəbistanının torpağındakı Abha hava limanına pilotsuz təyyarə ilə havadan bomba zərbələri endirib.

Səudiyyəlilər 8 nəfərin yaralandığı hücumda İranın dəstək verdiyi Husi üsyançılarını günahlandırıb. Üsyançılar bununla bağlı heç bir şərh verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

İnsidentlər Abdullahianın bu yaxınlarda Bağdadda keçirilən regional sammitdə ərəb düşmənlərə qarşı irəli sürdüyü fikirlərindən sonra baş verib.

Abdullahian keçən həftə xarici işlər naziri vəzifəsinə təyin olunmasından sonra yüksək diplomatik toplantıdakı ilk çıxışında regional əməkdaşlığa çağırış edib. Abdullahianın iclasda iştirakı, habelə ərəb dilində danışaraq dinləyicilərini cəlb etməyə cəhd göstərməsi bəzi ərəb liderlərini narahat edib.

Abdullahianın iştirak etdiyi iclasa ev sahibliyi edən İraq açıq şəkildə Tehranla ən böyük regional rəqibi olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərdə diplomatik irəliləyiş əldə edilməsinə çalışıb. Abdullahian eləcə də regional gərginlikdə kənar qüvvələri günahlandırıb. Bununla onun ABŞ və müttəfiqlərinə işarə etdiyi güman edilir.

Abdullahian İranın sülhə dialoqa və regional səylərə əsaslanaraq nail olmaqda israrlı olduğunu və İranın bu ölkələrin bunu etməyin yeganə yolunun kənardan müdaxilə olmadan dialoqu gücləndirməkdən keçdiyini dərk etmələrinə ümid bəslədiyini deyib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button