2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İranın yük maşınları Ermənistanda qalıb

Bakı/16.09.21  Ermənistanın Milli Təhlükəsizlik Xidməti Qorus-Qafan yolunu İran sürücüləri üçün bağlayıb ki, onlar tıxac yaratmasınlar. Hazırda onlarla iri yük maşını Milli Təhlükəsizlik Xidmətinin buraxılış məntəqəsində qalıb və Qafan şəhərinə qədər gedə bilmir. Bu barədə Ermənistan KİV məlumat yayıb.

İranlı sürücülər gözləyirlər ki, onların işəgötürənləri pul göndərsinlər ki, Azərbaycan ərazisilə keçən sahələrdə gömrük rüsumunu ödəsinlər. Bu barədə KİV-ə Gorus şəhər rəhbərinin müavini bildirib. Eyni zamanda, pulu olan iranlı sürücülər ödəniş edir və maneəsiz gedir. Onun sözlərinə görə, Qafan rayonunda yolun Azərbaycan hissəsinə giriş zamanı iranlılardan 130 dollar, ikinci sahəyə – Gorusa giriş zamanı 250 dollar tutulur.

İranın  benzin daşıyan maşınlarından birinin sürücüsü Nasir “Sputnik Armeniya”ya deyib ki, Azərbaycan postundan keçərkən ondan 360 dollar tələb ediblər. Sürücünün pulu olmayıb, azərbaycanlı polislər onu bir şərtlə buraxıblar ki, qayıdarkən pulu ödəsin. Ancaq sürücü deyir ki, geriyə yolda onlar olmayacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, belə vəziyyətdə digər sürücülər də var. Onlar nə edəcəklərini bilmirlər, çünki hərəkət üçün başqa yol yoxdur. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button