Bizim tərcümə

İranın Zahidan şəhərində keçirilən etiraz aksiyalarında iki nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-29 09:36:14

İran dövlət televiziyasının xəbərinə görə, ölkənin cənub-şərqində yerləşən Bəlucistan əyalətinin Sistan və Zahidan şəhərlərində cümə namazından sonra rejim əleyhinə etiraz aksiyaları keçirilib.

Namazdan sonra yüzlərlə insan şəhərin mərkəzindəki Tövhid Meydanına doğru getdi, bəzi etirazçılar isə əllərində “Məhsa Əmini” yazılmış pankartlar daşıdılar.

Saytların yığılması Saytlarin yigilmasi

Sosial mediada paylaşılan görüntülərdə nümayişçilərin zibil qablarını və təkərləri yandırdığı, yolları nəqliyyat vasitələrinin hərəkətinə bağladığı görülüb.

Polis qüvvələrinin etirazçılara müdaxiləsi zamanı etirazçılarla polis arasında toqquşma olduğu və şəhərdən silah səslərinin eşidildiyi bildirilib.

Sistan və Bəlucistan Təhlükəsizlik Şurasının nümayişlərlə bağlı verdiyi açıqlamada Zahidan şəhərindəki nümayişlərdən sonra bəzi maskalı qrupların silahlandığı bildirilib, “Bəzi fəallar şəhərdə xaos yaratmaq üçün polislə toqquşub. Naməlum şəxslərin açdığı atəş nəticəsində bəzi təhlükəsizlik qüvvələri və mülki şəxslər yaralanıb.

Digər tərəfdən, yerli mənbələrdən gələn xəbərdə təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində biri uşaq olmaqla ən azı 2 nəfərin öldüyü bildirilib.

Sentyabrın 30-da eyni bölgədə nümayişlər keçirilib və hadisələrdə 35 nəfərin həyatını itirdiyi açıqlanıb.

“Qanlı Cümə” adlanan aksiyada nümayişçilər cümə namazından sonra polis idarəsinin binasına hücum edib və təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açaraq cavab verib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button