2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

İranla sərhəddə “Araz vadisi iqtisadi zonası” yaradılır

Bakı/04.10.21 Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev “Araz vadisi iqtisadi zonası” Sənaye Parkının yaradılması haqda fərman imzalayıb. Bu, Cəbrayıl rayonunun ərazisini əhatə edəcək.

Sənaye Parkında müasir texnologiyaların tətbiqilə emal sahəsində sənaye müəssisələri yaradılacaq. İlkin mərhələdə parkın yaradılmasına 2021-ci il dövlət büdcəsindən 500 min manat ayrılacaq.

Sözügedən ərazi 2020-ci ilin payızında erməni işğalından azad edilib, əsasən düzənlik relyefə malikdir ki, bu da Sənaye Parkının yaradılması üçün əlverişli şərait yaradır. Fərmanda deyilir ki, iqtisadi rayonun cənubunda – Xudafərin körpüləri istiqamətində sərhəd – gömrük buraxılış məntəqəsinin açılması da Sənaye Parkının səmərəliliyini təmin edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif  xidmət və innovasiya istehsalatlarının, həmçinin tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması azad edilmiş digər regionların bərpasında da yardımçı olacaq.

Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay ərzində Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 hektar torpaq sahəsi ayrılsın.

Bu gün Cəbrayıl rayonunda prezident İlham Əliyevin iştirakı ilə Sənaye Parkının təməlqoyma mərasimi keçirilib.

Bundan əlavə, o, Cəbrayılda KAMAZ Açıq Səhmdar Cəmiyyəti  və Gəncə Avtomobil Zavodunun birgə Servis Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Əliyev bir sıra obyektlərin – “Cəbrayıl” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında da iştirak edib.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button