2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İranla sərhəddə atəş səsləri

İranla sərhəddə 170 kq narkotik götürüldüyü bildirilir. Bu barədə bu gün, dekabrın 30-da Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, dekabrın 29-da saat 02:00 radələrində Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığında İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

DSX-nin bildirməsinə görə, sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıblar: “Sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olublar”.

Məlumata görə, hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu məlumata, hələlik, İranın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov bu yaxınlarda demişdi ki, bu ilin 10 ayında xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib. “Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9 min 564 cinayət faktı aşkarlanıb, qanunsuz dövriyyədən 5 ton 62 kq kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib”, – o qeyd eləmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button