2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İranla sərhəddə nə baş verir? 

Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin təlimləri başlayıb. Müdafiə Nazirliyi bildirir ki, təlimlər  Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə keçirilir. 

“Xüsusi təyinatlı qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimlərin planına əsasən, hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb. 

Xüsusi təyinatlılar daimi dislokasiya məntəqələrini tərk edərək əməliyyat rayonuna irəlilədikdən sonra komandirlərin məruzələri dinlənilib, tapşırıqlar dəqiqləşdirilib. Təlimlərə cəlb olunan Hərbi Hava Qüvvələrinin hissələri və bölmələri, raket və artilleriya qoşunları müvafiq aerodrom və rayonlarda cəmləşib. Onların digər qoşun növləri ilə qarşılıqlı əlaqəsi təşkil edilib”, – deyə press-relizdə bildirilir. 

Saytların yığılması Saytlarin yigilmasi

Plana əsasən, təlimin sonrakı mərhələlərində xüsusi təyinatlı birləşmələr Hərbi Hava Qüvvələri və onlara dəstək verən raket-artilleriya bölmələri ilə birgə bir sıra tapşırıqları yerinə yetirəcək. 

Qeyd edək ki, təlimlər çərçivəsində xüsusi təyinatlı birləşmələrin ayrı-ayrılıqda müəyyən xüsusi hazırlıqları da yoxlanılır. 

Turan agentliyi xəbər verir ki, press-relizdə də vurğulandığı kimi, təlimlər müdafiə nazirinin 2022-ci il üçün təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq keçirilir. 

Xatırladaq edək ki, oktyabr ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri Azərbaycan sərhədinin bilavasitə yaxınlığında genişmiqyaslı təlimlər keçirib. Və bu təlimlər İran generallarının Azərbaycana qarşı təhdid xarakterli bəyanatları ilə müşayiət olunub. 

Bu mənzərəni Bakının cavab addımı hesab etmək olarmı? Azərbaycan İrana qorxmadığını və aqressiv eyhamlara cavab verəcək qüvvəsinin olduğunu nümayiş etdirir? Bu cavab praktiki baxımdan nə dərəcədə faydalıdır? Bunun molla rejiminə soyuq duş təsiri ola bilərmi? 

Press Klubun suallarını hərbi ekspert, Müdafiə Nazirliyinin İnformasiya-analitik şöbəsinin keçmiş əməkdaşı Azad İsazadə cavablandırıb: 

– Prinsipcə, bu cür manevrlərin bir az əvvəl başlayacağını gözləyirdim. Amma görünür, hansısa hazırlıq işləri gedirmiş, çünkü onlar elan olunmadı. Niyə bir az əvvəl keçiriləcəyini gözləyirdim? Çünki biz ümumiyyətlə beynəlxalq təcrübədə tez-tez görürük ki, hansısa dövlət sərhəd yaxınlığında manevrlər keçirəndə, qonşu ölkənin silahlı qüvvələri də təxminən eyni zonada qarşılıqlı təlimlər keçirməyə başlayır. Xüsusən də onlar demək olar ki, eyni vaxtda keçirilirsə, bu, ona işarədir ki, biz də qoşunları bura çəkmişik və əgər sizin manevrləriniz rəvan şəkildə hansısa təxribata çevrilsə, bizim qoşunlarımız da buradadır və onlar hazırdırlar. 

Ümumiyyətlə, hər hansı bir manevr təkcə təlim deyil, həm də güc nümayişidir. Deməli, İran bu yaxınlarda Azərbaycanla sərhəddə gücünü nümayiş etdirdi və buna cavab olaraq Bakı da nümayiş etdirir ki, biz qorxmuruq, vəziyyətin istənilən inkişafına hazırıq və silahlı qüvvələr yaxın ərazidə təlimlər keçirir. 

Xüsusi təyinatlı qüvvələrin, Hərbi Hava və raket qüvvələrinin birgə təlim keçirməsi isə Azərbaycan tərəfinin nəyə hazır olduğunu təsəvvür etməyə imkan verir. Birincisi, cənub sərhədində iki hava limanımız açıqdır. Onların təlimlərə cəlb olunacağı fakt deyil, amma tamamilə mümkündür ki, hərbi pilotlar təlimlər zamanı bu obyektlərlə tanış olacaqlar. Bu hava limanları, xüsusi hallarda həm də “atlama aerodromları” kimi xidmət edə bilərlər – yəni havaya qalxdılar, vurdular və geri döndülər. 

Raket və artilleriya qoşunları isə nümayiş etdirir ki, lazım gələrsə, Araz çayı üzərindən hər hansı qanunsuz keçidlərə zərbələr endiriləcək. 

Ehtimal edək ki, İran Silahlı Qüvvələri sərhədimizi keçib və hücum əməliyyatları aparır. Burada Ukraynadakı vəziyyətlə kiçik bir paralel apara bilərsiniz – dərhal təcavüzkar tərəfin rabitə, sursat, yanacaq, ərzaq təminatına ehtiyacı yaranır. Müdafiə olunan tərəfin xüsusi təyinatlı qüvvələrinin vəzifəsi bu əlaqəni kəsmək, arxada təxribat törətmək, sursat anbarlarını partlatmaq və sairdir. Nəzərə alsaq ki, Arazın o tayında da azərbaycanlılar yaşayırlar, xüsusi təyinatlı qüvvələrə mümkün düşmənin arxasında, İran İslam Respublikası ərazisində belə təxribat törətmək heç də çətin olmayacaq. 

Dəhşətli mənzərədir, ancaq bu manevrlərdə hansı oyunların oynanıla biləcəyini çatdırmaq istəyirəm. Və müvafiq olaraq, bütün bu üç qoşun növü qarşılıqlı əlaqədə olmalıdır. Xüsusi təyinatlılar ilk növbədə kəşfiyyat aparmalı, həm raket-artilleriya atəşi, həm də aviasiya atəşi üçün hədəfi göstərməlidir. 

Deməli, bəli, bu, güc nümayişidir və indi Azərbaycan, artıq dəfələrlə sərhədlərimiz yaxınlığında təlimlər keçirən cənub qonşumuz hansısa sərsəm fikir düşərsə, ona necə verəcəyini açıq şəkildə göstərir. 

Rauf Orucov 

24 saat” “İranla sərhəddə nə baş verir? ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button