2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘İranla Səudiyyə arasında dialoq mümkün deyil’

AzadlıqRadiosu xəbər verir ki, Səudiyyə Ərəbistanı kralının vəliəhdi televiziyaya müsahibəsində ölkəsi ilə İran arasında hər hansı dialoqun mümkünklüyünə inanmadığını deyib.

Şahzadə Muhammad bin Salman Saudi TV kanalına müsahibəsində bildirib ki, “İranın böyük şiə ambisiyaları var və Tehran bütün İslam dünyasını nəzarətə götürmək istəyir”.

Saytların yığılması Saytlarin yigilmasi

Səudiyyə kralının oğlu deyib ki, “ekstremist ideologiyaya söykənən bir rejimlə” anlaşma əldə oluna bilməz.

Atası kral Salman 2015-ci ildə 31 yaşlı şahzadənin növbəti monarx olacağını bəyan etmişdi.

Muhammad bin Salman hazırda həm də ölkənin müdafiə naziridir və Yəməndə İranla bağlı olduğu deyilən qiyamçı qrupa qarşı hərbi əməliyyatlara şəxsən rəhbərlik edir.

Şahzadə müsahibədə qeyd edib ki, imam Mehdinin gəlişini gözləyən Tehran müsəlman dünyası üzərində nəzarəti ələ almağa çalışır.

Bin Salman deyib ki, İran rejimi nəzərlərini Məkkəyə dikib və “biz döyüşün Səudiyyə Ərəbistanı ərazisinə gəlməsinə yol verə bilmərik”.

Vəliəhd bildirib ki, “biz döyüşün Səudiyyə Ərəbistanı yox, İranın içində olması üzərində işləyəcəyik”.

İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər 1979-cu ildə İranda İslam İnqilabından sonra korlanıb.

Hazırda iki ölkə bütün müsəlman Yaxın Şərqi boyunca nüfuz mübarizəsi aparır.

Səudiyyə və İran arasında faktiki olaraq Suriya və Yəməndə təmsili müharibələr gedir.

İran Livan, Bəhreyn və İraqda Səudiyyəyə qarşı olan qüvvələri dəstəkləyir.

İki ölkə arasında gərginlik ötən il Səudiyyə Ərəbistanı nüfuzlu şiə ruhani xadimini edam etdikdən sonra ən yüksək həddinə çatıb.

Bin Salman televiziyaya müsahibəsində Səudiyyənin Yəmən münaqişəsinə müdaxiləsini müdafiə edib.

Səudiyyə və İranın Yəməndəki təmsili qarşıdurması bu ölkəni humanitar fəlakət vəziyyətinə gətirib.

Ekspertlər deyirlər ki, hazırda Yəmən münaqişəsində durğunluq yaranıb və Səudiyyə İran tərəfindən dəstəklənən husi şiə qiyamçılarını paytaxt Sanadan çıxara bilməyib.

Yəmən barədə suala cavab verərkən vəliəhd deyib ki, “Səudiyyə istəsə husilərin kökünü bir gündə kəsər, lakin Riyad bu ölkəyə quru qoşunları göndərməyib”.

Şahzadənin sözlərinə görə, bu, Səudiyyə əsgərləri və Yəmən əhalisi arasında minlərlə ölümə səbəb ola bilərdi.

Muhammad bin Salman deyib ki, “vaxt və səbr bizim tərəfimizdədir”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button