2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranlı aktrisa hicabsız şəkil çəkdirib. İtalyan yazar Evindən buraxılıb

Bu arada tələbələrə təzyiqlərin artması xəbərləri gəlir

Saytların yığılması Saytlarin yigilmasi

İranda hökumətə qarşı genişlənən etirazlara dəstək olaraq tanınmış aktrisa Təranə Əlidosti hicabsız şəklini yayıb. O, əlində “Qadın. Həyat. Azadlıq” yazılmış plakat tutub.

Əlidosti 2016-cı ildə Oskar mükafatına layiq görülmüş, Əsgər Fərhadinin çəkdiyi “Satıcı” filminin ulduzudur.

Onun sosial mediada fotosu yayılandan sonra daha iki aktrisa, Xəzər MəsumiDünya Mədəni də hicabsız fotolarını paylaşıblar.

Bütün bunlar hökumətə qarşı həftələrdir davam edən etirazlar fonunda baş verir. Sentyabrın 16-da Məhsa Əmininin ölümündən sonra ölkəni 1979-cu il İslam İnqilabından bəri ən böyük iğtişaşlardan biri bürüyüb. Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Şahidlər onun saxlananda döyüldüyünü deyirlər.

Hicab İranda yaşı 9-dan yuxarı qız və qadınlar üçün məcburidir. Aktrisaların hicabsız fotolarını yayması onların iş icazəsinin ləğvinə səbəb ola bilər.

İndiyədək etirazlara dəstək verən bir sıra tanınmış kinematoqrafçılar ya dindirilib, ya da həbs olunub. Cəfər Pənahi, Məhəmməd Rəsulof, Mustafa əl-Əhməd onların sırasındadır.

Bu arada tələbələrə təzyiqlərin artması xəbərləri gəlir. Noyabrın 10-da Tehran Universitetinin rəsmiləri bəzi etirazçı tələbələrə yataqxana otaqlarını boşaldaraq təhvil vermələrini istəyib.

Bir gün öncə İranın mərkəzində Kirmanda təhlükəsizlik agentləri tibb tələbələrinə hücum edib. Rezin güllələrdən xəsarət alan üç tələbənin xəstəxanaya aparıldığı deyilir.

İnsan haqları qrupları polisin etirazçılara divan tutması nəticəsində 300-dən çox insanın öldürüldüyünü deyirlər. Minlərlə etirazçı saxlanıb.

Sentyabrın sonunda İranda saxlanmış italyan qadın səyahət yazarı isə “intensiv diplomatik iş” sayəsində azad olunub.

Alessia Piperno sentyabrın 28-dən Tehrandakı Evin həbsxanasında saxlanırdı, həbsin səbəbi göstərilmirdi.

İtaliyanın Baş naziri Corciya Meloni noyabrın 10-da tvitində yazıb ki, Piperno azad edilib və ölkəsinə qayıtmağa hazırlaşır.

İranın təhlükəsizlik qüvvələri etirazlarda zamanı bir neçə əcnəbini də saxlayıblar.

ABŞ-da yerləşən HRANA – İnsan Haqları Fəalı Xəbər Agentliyi noyabrın 10-da İranda iki ispaniyalının həbs olunması haqda xəbər yayıb.

24 saat” “
İranlı aktrisa hicabsız şəkil çəkdirib. İtalyan yazar Evindən buraxılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button