2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranlı azarkeşlər rus juralistə yalvarır: “Açıq-saçıq geyinmə”

Dünya futbolsevərlərinin həyacanla gözlədiyi Dünya çempionatının püşkatma mərasimi sabah keçiriləcək. Fanat.Az xəbər verir ki, mərasimi fanatlara veteran futbolçu Hari Linekerlə rus idman jurnalisti Mariya Komandnaya təqdim edəcək.

Pşükatma mərasimi yaxınlaşarkən iranlı futbol azarkeşlərinin də narahatlıqları artır. Mərasimi İranda dövlət televiziyası İRİB yayımlacaq. Ölkədəki yayım qaydalarına əsasən qadınlar efirə yalnız qapalı geyimlərdə çıxabilər və paltarlar istənilən qədər qapalı olmadığı halda yayım dayandırılır.

Bu səbəbdən iranlı azarkeşlər püşkatmanı izləyə bilməməkdən qorxur. Artıq iranlı fanatlar sosial media vasitəsi ilə Mariya Komandnayaya mesaj yazaraq açıq-saçıq geyinməməyi xahiş edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Almaniyada keçirilən “DÇ-2006″nın püşkata mərasimi zamanı alman model Heydi Klumun paltarı, Braziliyada baş tutan “DÇ-2014″ün püşkatması zamanı isə samba rəqqasları səbəbindən İranda yayım bir neçə dəfə kəsilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button