Cəmiyyət

İranlı narkokuryer saxlanılıb, 102 kiloqramdan çox narkotik maddə götürülüb

Bakı/12.10.21  Oktyabrın 11-də və 12-də İranla həmsərhəd rayonlarda Azərbaycan sərhədçiləri 102 kiloqramdan çox müxtəlif narkotik maddə müsadirə ediblər.

Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, ilkin olaraq Biləsuvar kəndi yaxınlığında sərhədçilər içində ümumi çəkisi 19 kiloqramdan çox narkotik maddənin olduğu  bir neçə bağlama aşkar ediblər. Həmin gün saat 20:40-da İran tərəfindən üç sərhəd pozucusu qeydə alınıb. Cinayətkarlardan biri gizlənməyə cəhd edərkən saxlanılıb, ikisi geri qaça bilib.

Saxlanıla şəxs İran vətəndaşı Şahmüqəddəm Cəfər Həsəndir ( 1988-ci ildə anadan olub) .Onun bel  çantasında və əraziyə səpələnmiş bağlamalarda 35,5 kiloqramdan çox müxtəlif narkotik və psixotrop maddə aşkar edilib.

Oktyabrın 12-də saat 7.45-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi dəniz sərhədinin cənub hissəsində böyük bağlama aşkar edib. Orada 47 kiloqramdan çox müxtəlif narkotik və psixotrop maddə aşkar olub. -02D-

 

Mənbə:Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button