2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İraq Baş naziri İbadi: Kərkükdəki kürd bayrağını endirin!

İraqın Baş naziri Heydər İbadi Kərkük şəhər rəsmilərinə milli birlik çağırışı edərək, şəhərə asılan İraq Kürdüstan Bölgə Rəhbərliyi bayrağının endirilməsini istədi.

İbadi bir çox fərqli etnik və dini cəmiyyətlərin bir yerdə yaşadığı Kərkükdə sülh içində bərabər yaşamaq çağırışı etdi.
Kərkükün yerli rəhbərliyini quran El məclisi 28 martda şəhərdəki rəsmi binalara İraq federal bayrağının yanında Kürdüstan bölgəsi bayrağını asmaq qərarı vermişdi. Kərkük El məclisində iştirak edən 16 ərəb və türkmən nümayəndə bu qərarı boykot etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazir İbadi dövlət televiziyasından yayımlanan həftəlik mətbuat konfransında Kərkük  valisi  Nəcməddin Kərimə bayrağın endirilməsi çağırışı etdi: “Mən bütün iraqlıların baş naziri, siz Kərkükün valisisiniz. Bir qrupun tərəfini tutub, kürəyinizi digər qruplara döndərsəniz, bu bir uğur sayılmaz.”

Baş nazir İbadi şəhərdə bir çox xalq, etnik mənşə, din və məzhəbdən olan qrupların birlikdə yaşadığını vurğulayaraq “Şəhərin İraqda və bölgədə fərqliliklərlə bir yerdə yaşamağın nümunəsi olmasını istədiyimiz üçün bu tək tərəfli qərarı rədd edirik” dedi.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button