Now Reading:
İraq şiələrinin dini lideri Bəşər Əsədi istefa verməyə çağırıb

İraq şiələrinin dini lideri Bəşər Əsədi istefa verməyə çağırıb

b.esed2İraq şiələrinin dini lideri Müqtəda əs-Sədr xüsusi bəyanatında Suriya prezidenti Bəşər Əsədi müharibəyə yol verməməyə və ölkəsinə olan sevgisindən hakimiyyətdən istefa verməyə çağırıb.

Əs-Sədr Amerikanın Suriyanın aviabazasına raket zərbəsi endirməsindən sonra bu bəyanatı verib.

“Hesab edirəm ki, prezident Bəşər Əsədin ölkəni müharibənin faciəsindən və terrorçuların əlinə keçməsindən qorumaq üçün Suriyaya olan sevgisindən istefa verməsi və hakimiyyətdən imtina etməsi ədalətli olardı. Ölkəyə idarəçiliyi xalqın nüfuzlu nümayəndələrinə vermək təqdirəlayiq olardı”, – deyə o bildirib.

Əs-Sədr eyni zamanda ABŞ prezidenti Donald Trampın Suriyanın aviabazasına hücum etmək qərarını tənqid edib və onu “ikinci Vyetnam” ilə hədələyib.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.