2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İraqda 6878 mülki vətəndaş həyatını itirdi

 24saat.org xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) görə, ərazilərinin bir qisminə terror təşkilatı IŞİD tərəfindən nəzarət edilən İraqda 2016 ildə 6 min 878 vətəndaş ölüb. Bir il ərzində yaralanan mülki şəxslərin sayı isə 12 min 388-dir. Bu rəqəmlərə ölkənin qərbindəki Anbar əyalətində bəzi aylarda həlak olanlar daxil deyil.

Bir dəfədə ən çox insan tələfatının baş verdiyi hücum paytaxt Bağdadda iyul ayında baş tutub. Terror təşkilatı İŞİD-in bazarı hədəf alan hücumunda 300 insan ölüb. Bu rəqəm 2003-cü ildəki hücumdan bəri bir dəfədə baş tutan ən böyük can itkisi olub.
Qeyd edək ki, BMT 2015-ci ildə İraqda 7 min 515 mülki vətəndaşın öldüyünü bildirmişdi.
Yeni ilə də İŞİD-in bombalı hücumları ilə girən İraqdan yeni partlayış xəbəri də gəlib. Anbar əyalətinə bağlı Ramadidə hücumu təşkil olunub. Hücumda insan təlafatının olub olmadığı hələ bilinmir. Ancaq İŞİD-in paytaxt Bağdadda dünən həyata keçirdiyi müxtəlif hücumlarda 60-a yaxın insan həyatını itirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button