2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İraqda kütləvi məzarlıq aşkar edilib

İraqda özünü «İslam Dövləti» adlandıran qruplaşmadan azad olunan ərazilərdə 50-dən çox kütləvi məzarlıq aşkar edilib.

Bu barədə BMT-nin İraqdakı təmsilçisi Jan Kubis bildirib.

Onun sözlərinə görə, aprelin 19-da Ramadidə futbol meydançasında 40-a yaxın adamın basdırıldığı üç məzarlıq tapılıb. Bu şəhər fevral ayında İD yaraqlılarından təmizlənib.

Saytların yığılması Saytlarin yigilmasi

BMT təmsilçisi əlavə edib ki, İraqda humanitar böhran dərinləşib, əhalinin üçdə birinin, 10 milyondan çox adamın təcili köməyə ehtiyacı var. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur.

Jan Kubis-in proqnozuna görə, yeni hərbi əməliyyatlar üzündən daha iki milyon adam evini tərk etmək məcburiyyətində qala bilər.

İraq ordusu və kürd döyüşçülər İD-in 2014-cü ildən tutduğu Mosulu azad etməyə çalışırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button