2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İraqlı kürdlərin Kərküklü referendum planı

İngiltərənin “Times” qəzeti bölgədəki yüksək səviyyəli səlahiyyətlilərə əsaslanaraq, iraqlı kürdlərin payızda müstəqillik referandumuna hazırlaşdığını bildirib. Qəzetə məlumat verən İraq mərkəzi hökuməti keçmiş xarici işlər və maliyyə naziri Hoşyar Zebari “İraqın gələcəyindən ümidi kəsdik” deyib. O, İŞID-a qarşı həyata keçirilən Mosul əməliyyatının sona çatması gözlənilən payızda müstəqillik referendumu planlaşdırıldığını açıqlayıb.

İraq Kürdüstan Regional Rəhbərliyinin sədri Məsud Bərzaninin məsləhətçisi Həmin Havrami referendumun Kərkükü də əhatə edəcəyini söyləyib. Havrami referendum məsələsinin Bərzani ilə ABŞ prezidentinin köməkçisi Mayk Pens arasında da “ciddi şəkildə müzakirə” edildiyini bildirib. Havrami İngiltərə Xarici İşlər Nazirliyi ilə də danışıqlar aparıldığını deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ay Kərkükdəki bəzi ictimai binalara İraq Kürd Regional Rəhbərliyi bayraqlarının asılması Bağdaddakı mərkəzi hökumət, o cümlədən İran və Türkiyənin təpkisinə səbəb olmuşdu.
Prezident Ərdoğan Kərkük üzərində qurulan planın əvəzinin ağır olacağını ifadə edərək, demişdi: “Oradakı o bayrağın sahibləri bunu bilsinlər ki, separatçılıq edirlər. Mən regional Kürd rəhbərliyinə səslənirəm. Bu yanlışdan anında dönün.”

İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra ölkənin yeni konstitusiyası 2005-ci ildə qəbul edildiyi zaman Kərkük və digər “mübahisəli” bölgələrin aqibəti başlanğıcda 31 dekabr 2007-ci il tarixinə qədər keçiriləcək bir referenduma buraxılmışdı. Ancaq aradan 10 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, bu səsvermə keçirilməyib.
Konstitusiyanın 140-cı maddəsi Kərkükü “bir bölgəyə bağlı olmayan vilayət” olaraq təyin edir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button