2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İri dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib


Bugün, noyabrın 5-də prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən aşağıdakı dövlət qurumları İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

Saytların yığılması Saytlarin yigilmasi

2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti

13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti

14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti

Bura habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki bir sıra qurumlar da aid edilib.

Söhbət “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətindən, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir. Həmçinin, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyət və Dövlət Sığorta Kommersiya Şirkəti də onun tabeliyinə verilib.

Bildirilir ki, siyahıda göstərilən qurumların idarə olunması ilə bağlı AİH-in nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər ölkə prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla onların idarəetməyə verildiyi gündən bu holdinqə keçir.

Xatırlatma

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərmanı bu il avqustun 7-də imzalamışdı.

Fərmanda qeyd edilirdi ki, dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, səmərəliliyinin, şəffaflığının artırılması, habelə xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button