2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İşə qəbul adıyla vətəndaşları aldatmaqda ittiham edilən iki şəxs saxlanılıb

Yayımlandı: 10 Avqust 2022 18:28

100-ə yaxın vətəndaşın aldadıldığı bildirilir

Elan saytlarında və sosial şəbəkələrdə iş elanı adıyla adamlar aldadılaraq, pulları ələ keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, adamlardan pullar işə qəbulla bağlı müraciətin qeydə alınması, lisenziya verilməsi adıyla alınıb. Çoxsaylı şikayətlərdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər saxlanılıb. Bunlar Məhəmməd Babazadə və Güləli Kazımovdur. Onların zərərçəkənlərdən 500 manatdan 6000 manata qədər pul aldığı iddia olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Prosesin necə baş verməsinə gəlincə, DİN-in məlumatında deyilir ki, adları çəkilən şəxslər dövlət idarələrində və özəl şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanlarını sosial şəbəkələrdə, yaxud da elan saytlarında yerləşdiriblər. Onlarla əlaqə saxlayanların hər birindən işə qəbulla bağlı müraciətin qeydə alınması və lisenziya verilməsi üçün pul istəyiblər. Həmin vəsaitin bank kartlarına köçürülməli olduğu bildiriblər. Bu məqsədlə onlar müraciət edənlərin kart məlumatlarını əldə ediblər. Sonra isə kartlardakı vəsaitləri öz hesablarına yönləndirib, pulları nağdlaşdırıb hesabdan çıxarıblar. Zərərçəkənlər bir daha əlaqə saxlamasın deyə, onların nömrələrini bloklayıblar.

“Məhəmməd Babazadə və Güləli Kazımovun bu müddət ərzində onlara müraciət edən 100-ə yaxın vətəndaşın kart məlumatlarını əldə edərək hesablarda olan pul vəsaitlərini taladıqları müəyyən edilib”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.

Həbs olunan şəxslərin özlərinin və yaa vəkillərinin məsələyə münasibəti bəlli deyil.

Bir ay əvvəl də daşınmaz əmlak, avtomobil satışıyla bağlı elan saytlarından dəyərindən daha ucuz qiymətə əmlak almaq istədikləri halda, vətəndaşların aldadılması, külli miqdarda pullarının ələ keçirilməsi barədə məlumat yayılmışdı. Eyni üsulla vətəndaşları aldatmaqda ittiham olunan Aqşin Bədəlov həbs olunmuşdu. İddia olunurdu ki, o, ev, maşın almaq istəyənlərdən beh adıyla pul tələb edib, həmin vəsait karta köçürüləndən sonra adamların telefon nömrəsi bloklanıb.

Saxta elanlar vasitəsilə təxminən 450 nəfərə ziyan vurduğu bildirilirdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button