2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İş adamına qarşı dələduzluqda ittiham olunan qadın ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

az24saat.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Qadınların heç biri elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Təqsirləndirilən Türkan Əkbərli ifadəsində zərərçəkmiş qismində tanınan Bəhruz Nağlyevdən pulu faizə götürdüyün deyib. B.Nağıyev isə əksinə, bildirib ki, pulu hər iki qadına iş qurmaq adı ilə verib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar. Onlar iş adamı Bəhruz Nağıyevin 450 min manata yaxın pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinirlər. İttihama görə, T.Əkbərli ilə B.Nağıyevin yaxın tanışlığı olub. T.Əkbərli C.İsmayılova ilə əlbir olaraq, B.Nağıyevin pulunu dələduzluq yolu ilə ələ keçirib.

B.Nağıyevin Salyan rayonunda balıqçılıq sahəsi ilə məşğul olduğu biıdirilir.

Virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button