İş elanı – dəzgah operatoru
Şəhər | Bakı |
Yaş | 19 – 40 yaş |
Təhsil | Orta |
İş təcrübəsi | 1 ildən aşağı |
Elanın tarixi | 22-07-2022 |
Bitmə tarixi | 22-07-2023 |
Əlaqədar şəxs | Kadrlar üzrə mütəxəssis |
Telefon | 0125149880 |
0772772565 | |
hr@glasshouse.az | |
46 | |
Elan | #65028 |
Şüşə zavodunda sex şəraitində dəzgah operatoru vakansiyası üçün fiziki cəhətdən sağlam 19-40 yaş arası bəy namizədlər tələb olunur. İş növbəlidir, 3 növbə var. 1-ci növbə 08:00-16:00, 2-ci növbə 16:00-23:00, 3-cü növbə 23:00-08:00-a kimidir.Namizəd hər bir növbəyə çıxa bilməlidir. 6 günlük iş rejimidir, bazar günü istirahət günüdür, geyim forması və nahar verilir. Rəsmi işdir, əmək müqaviləsi bağlanır, əmək kitabçası açılır. Əməkhaqqı başlanğıc olaraq 400 AZN-dir, artandır. Operatorun əsas işi: şüşələri dəzgaha yerləşdirmək, dəzgahdan götürmək, şüşə dolu arabaları hərəkət etdirmək, araba lazım olduqda seçib gətirmək, avadanlığı idarə etməyi öyrənməli eyni zamanda emal texnologiyalarını mənimsəməli. Namizəd sınaq müddəti ilə işə qəbul edilir və bu müddət ərzində iş öyrədilir. Maraqlanan şəxslər 0772772565 (whatsapp var) nömrəsi ilə əlaqə saxlaya bilər.
– Avadanlığın istismar qaydalarını, emal texnologiyalarını öyrənməli;
– Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmə;
– İstehsal zamanı suya,elektrik enerjisinə qənaət etmək;
– Zərurət olmadığı hallarda və sex rəisinin (sex rəisinin köməkçisi) icazəsi olmadan öz iş yerini tərk etməmək;
– Ərazidə, sahədə və avadanlıqların üzərində olan xəbərdaredici nişanların tələblərinə riayət etmək;
– Emal olunan şüşələrin araba ilə daşınması;
– Arabaya ehtiyac olduqda anbarın ərazisindən seçib gətirmək;
– İşlədiyi sahənin təmizliyini təmin etmək;
#dəzgah #operatoru
You must log in to post a comment.