Loading...
Loading...
Vakansiya 2022

İş elanı – Kadrlar üzrə mütəxəssis

600 – 700 AZN

Vip restoran sebekesi

Şəhər Bakı
Yaş 25 – 45 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Elanın tarixi 25-05-2022
Bitmə tarixi 25-05-2023
Əlaqədar şəxs Pervane x
Telefon 0124012530
055-564-68-07
E-mail hr@alka.az
42
Elan #64318

İş barədə məlumat

İşçilərin davamiyyət hesabatlarının hazırlanması;
İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, intizam tənbehləri və digər bütün əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması və işçilərin məzuniyyətlərindən istifadə etməsinin təmin edilməsi;
İşə qəbul prosesinin aparılması (Vakansiya elanının yerləşdirilməsi, daxil olan rezümelərin analizi və seçimi, müsahibələrin keçirilməsi);
Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
Əmək haqqı kartlarının sifariş olunması;
Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
Şəxsi işlərin qaydasında olmasının və lazımı sənədlərin müntəzəm yenilənməsinin təmin edilməsi;
Kadr kargüzarlığına dair digər sənədləşmə proseslərinin aparılması;
Şirkət daxilində ümumi informasiya xarakterli məktubların tərtib edilməsi və göndərilməsi;
Sınaq və müqavilə müddətlərinin bitmə tarixlərinin qeydə alınması və müvafiq şəxslərə öncədən məlumatın verilməsi;
Hər təqvim ayının sonunda əmək haqqı hesablamasının aparılması üçün müvafiq məlumatların 1C proqramına daxil edilməsi;
İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi;
Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası
AR Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmləşdirilmə

Namizədə tələblər

Ali təhsil;
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
MS Office (MS Excel, MS Word, MS Outlook) və 1C proqramlarından sərbəst istifadə qabiliyyəti;
AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları. Rus dili biliyi olması üstünlükdür;
Aydın və səlis nitq;
Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
İş prosesində yarana biləcək mürəkkəb situasiyaları müstəqil şəkildə analiz və həll edə bilmə bacarığı;
Səbrli, diqqətli, dəqiq və məsuliyyətli;

#Kadrlar #üzrə #mütəxəssis

Gözdən qaçırmayın:  İş elanı - Chiller və kondisioner ustası

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button