2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“İş olmayanda balalarımın üzünə baxa bilmirəm”

Yayımlandı: 22 Mart 2023 10:53

Göyçay sakini Məşğul Mərkəzindən narazıdır

Göyçay şəhər sakini Əli Cümşüd oğlu Aşurov iki il əvvəl Məşğulluq Mərkəzinə müraciət edərək özünəməşğulluq proqramına qoşulub. Deyir ki, 2 il ərzində dəfələrlə get-gələ baxmayaraq müraciətimə cavab verilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Halbuki, məndən sonra proqrama qoşulanlara mal-qara verilmişdi”, – şikayətçi Meydan TV-yə danışıb.
Onun sözlərinə görə, yenidən müraciət edərək işlə təmin olunmasını istəyib. Bu dəfə də ona iş üçün növbənin çox olduğunu deyiblər:

Gündəlik bir tikə çörəyə möhtac insanlara aylarla, bəzən illərlə növbə gözlətməyin nə demək olduğunu anlamırlar. Yaşadığım ev yüz il əvvəldən tikilib, köhnə və qəzalı vəziyyətdədir. Ailəliyəm, 2 körpə balam var. Günəmuzd fəhlə kimi işləyirəm, iş olmayanda balalarımın üzünə baxa bilmirəm. Mən maddi yardım istəmirəm, iş versinlər, çalışaraq uşaqlarımın qarnını doyuzdurum”.

Şikayətçi deyib ki, Göyçayda iş tapmaq çətindir.

“Bütün sahələrdə tanışlıq sistemi keçir. Mən gənc olanda atam vəfat edib, arxam-dayağım yoxdur. Dövlət Müəssisələrinin heç birində fəhlə kimi iş tapa bilmirəm. Məşğulluq mərkəzində müraciətimə etinadsız yanaşırlar. Bəs nə edim?”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Məşğulluq Agentliyindən Meydan TV-yə bildiriblər ki, Göyçay rayon sakini Əli Cümşüdoğlu Aşurovun müraciəti araşdırılıb. Vətəndaş ilə fərdi qaydada söhbət aparılıb, Əli Aşurov müraciətinin ictimai işlərdə çalışmaq ilə bağlı olduğunu bildirib:

“Qaydaya uyğun olaraq onun məşğulluq imkanları qiymətləndirilib və nəticəyə uyğun olaraq Ə.Aşurov haqqı ödənilən ictimai işlər üzrə növbəlilik sisteminə əlavə olunub. Növbəli qaydada vətəndaşın istəyi üzrə məşğulluğuna dəstək göstəriləcək”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button