2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İsa Həbibbəyli AMEA-nın prezidenti oldu

Yayımlandı: 25 Oktyabr 2022 13:27

İclasda qurumun yeni Nizamnamə layihəsi təsdiq edilib

Akademik, deputat İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilib.
AMEA-nın oktyabrın 25-də keçirilən iclasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

1949-cu ildə Naxçıvanda doğulan İsa Həbibbəyli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini bitirib.

O, 1971-ci ildə Şərur rayonunda kənd orta məktəbində müəllim işləyib. Sonrakı illərdə Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, rektor vəzifələrində çalışıb.

2013-cü ildən AMEA-nin vitse-prezidentidir.

YAP üzvü İ.Həbibbəyli Birinci və ikinci çağırış Naxçıvan Ali Məclisinin deputatı olub.

III, IV, V və çağırış Azərbaycan Milli Məclisinin üzvüdür. Onun 3 övladı var, oğlu Ərəstü Həbibbəyli Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiridir, digər oğlu Səhət Həbibbəyli isə Naxçıvan Dövlət Gömrük Komitəsinin sədridir. Qızı Günay Məsimova isə Ədliyyə Nazirliyinin 2 saylı Notariat Kontorunun xüsusi notariusu vəzifəsində çalışır.

“Azərtac”ın məlumatına görə, iclasda akademiyanın yeni Nizamnamə layihəsi təsdiq edilib.
14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib.

2022-ci ilin fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında Ramiz Mehdiyevin istefa ərizəsi qəbul edilib.

İclasda çıxış edən Ramiz Mehdiyev bildirib ki, Rəyasət Heyətinin fevralın 14-də baş tutan iclasında yaşı ilə əlaqədar vəzifəsindən istefa verib və məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.

Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.

İyulun 28-də AMEA-nın strukturu ləğv edilərək Elm və Təhsil Nazirliyi yaradılıb.

Azərbaycan Elmlər Akademiyası 1945-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə yaradılıb. Həmin vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.

AMEA-nin ilk prezidenti Mir Əsədulla Mirqasımov seçilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button