Now Reading:
İsa Qəmbər reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb

Hazırda Mərkəzi Klinikada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər dünən reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb. Bunu İ.Qəmbərin həkimi, Mərkəzi Klinikanın kardioloqu Firdovsi İbrahimov deyib.

Həkimin sözlərinə görə, İ.Qəmbər intensiv terapiya şöbəsində təxminən 2-3 gün qalacaq: “Onun səhhəti qənaətbəxşdir. Həkim nəzarəti altındadır. Huşu tam yerindədir, danışır. Özü gəzməyə başlayıb. Amma infarkt keçirən xəstələr üçün 20 gündən tez konkret fikir demək yalnış olar”.

İ.Qəmbərin evə buraxılması məsələsinə gəlincə F.İbrahimov qeyd edib ki, sabah o, təkrar müayinədən keçiriləcək və dəqiq qərar veriləcək. (Report)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.