2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

İsa Qəmbər yazır- “Onun üzü plastik əməliyyatla dəyişdirilib”

Milli Strateji Düşüncə Mərkəzinin sədri 

10 dekabr – “Beynəlxalq İnsan Hüquqları Günü”!

Azərbaycan cəmiyyətində də bu gün qeyd edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Səmimi sözlərlə və ya hamımızın bildiyi standart cümlələrlə.

Huquqların qorunmasına, siyasi məhbuslara kiçik də olsa gerçək yardım göstərilməsiylə və ya quş qoymaq, qrant almaq üçün formal tədbirlərlə.

Mən isə istəyirəm ölkəmizdə, regonumuzda və dünyada insan hüquqlarının pozulmasını şərtləndirən ən önəmli gerçəkliklərdən birini yadınıza salım.

Veteranlar xatırlayarlar, SSRİ-də ən məşhur dissidentlərdən biri Vladimir Bukovskiy idi. Onun hətta 1976-cı ildə Moskva və Qərb arasında razılığa əsasən həbsdən azad edilərək Avropaya getməsinə icazə verilib, əvəzində Pinoçetin dustağı olan Çili Kom.Partiyasının rəhbəri Luis Korvalan azadlığa buraxılıb və Moskvaya köçüb.

(Yeri gəlmişkən, sonrakı illərdə Korvalanın başına gələn tragikomik macəranı da qeyd etmədən keçmək olmur. 1983-cü ildə Korvalan yazılana görə öz müraciətilə qeyri-leqal şəkildə Çiliyə göndərilib. Onun üzü plastik əməliyyatla dəyişdirilib, saxta sənədlərlə təmin olunub və Çilidə saxta kimliklə gizli fəaliiyətə başlayıb.

Bura qədər yaxşıdır, hətta bir az “Qurdlar vadisi”ni xatırladır, amma 1989-cu ildə Pinoçet Çilidə normal seçki keçirib, özü pensiyaya gedir və ölkədə normal siyasi fəaliyyət üçün imkan yaranır. Amma Korvalan açıq fəaliyyətə keçə bilmir, çünki xalq onun yeni sifətini tanımır. Korvalan Moskvaya, Politbüroya müraciət edir, onu bura gətirib təkrar plastik əməliyyat keçirirlər. Əməliyyat uğursuz olur, Korvalanın məşhur burnunu bərpa edə bilmirlər və onun siyasi karyerası süquta doğru gedir).

Nə isə, Bukovskiyə qayıdaq. 1992-ci ildə yeni Rusiya hakimiyyəti – Yeltsin, Qaydar, Burbulis və s. Kommunist Partiyasının məhkəməsində Bukovskiyə ehtiyac duyurlar, onu Moskvaya dəvət edirlər və onun tələbi ilə Sov.İKP arxivinə daxil olmasına imkan verirlər. Bukovskiy onu maraqlandıran gizli sənədlərin surətini çıxarır, məhkəmədə Sov.İK Partiyasının cinayətlərini sübut etmək üçün onlardan istifadə edilir.

Məhkəmədən sonra arxiv yenə bağlanır, sənədlər yenə gizli saxlanılır. Amma Bukovskiy bu nadir sənədləri şəxsi mülkiyyətə çevirmir, əksinə onları mütəxəssislərin köməyi ilə sistemləşdirib internetə yerləşdirir və bəşəriyyətin tam istifadəsinə verir.

Çox maraqlıdır ki, 20 ildən artıq bu xəzinənin açıq istifadədə olmasına baxmayaraq, bəzi mütəxəssislərdən başqa nadir hallarda kimsə bu arxivə müraciət edir. Sonda maraqlananlar üçün link verəcəm, hələ sözümün canı var.

Bu bir xəzinədir – kommunistlərin cinayətləri barədə 1200-dən çox gizli sənəd! 

7000-dən atıq səhifə!

1937-ci ildən 1991-ci ilin avqustuna (QKÇP!) qədər,

SSRİ-nin və Sov.İKP-nin daxili siyasətindən tutmuş xaricdə gizli əməliyyatlara qədər,

Leqal partiyalardan terrorçu təşkilatlara qədər,

ABŞ-dan Kiprə, Yaponiyadan Cənubi Afrika Respublikasına qədər müxtəlif hadisələri, prosesləri,insanları əhatə edir.
Sənədlərin təkcə adları dövr və totalitarizmin siması haqda təsəvvür yaradır.
Bircə nümunə gətirəcəm.

Məsələn, düşünün, Fransada ölüm yatağında olan məşhur rejissor A.Tarkovsinin ailə üzvlərinin onu ziyarət etmək arzusu Politbüroda müzakirə edilir ki, onlara xaricə getmək icazəsi verilsin, ya yox…

Bu sənədlər arasında mənim ən çox diqqətimi çəkən Sov.İKP-nin bütün dünyada Moskvaya loyal olan və ya birbaşa moskvapərəst media strukturlarına, siyasi partiyalara, təşkilatlara, hətta terror qurumlarına göstərdiyi maddi, texniki, təşkilati və s. (silah göndərmək də daxil) dəstək olmuşdu. Bu siyahıda güclü partiyalardan tutmuş marginal şəxslərə qədər yüzlərlə ada rast gəlmək olar. O cümlədən Türkiyədə və İranda fəaliyyət göstərən təşkilatlara…

Moskvanın bu fəaliyyəti bu gün də davam edir. İnkişaf etmiş qərb dövlətlərindən tutmuş avtoritar rejimlərdə, Azərbaycanda və qonşu ölkələrdə – hər yerdə gizli şəkildə Moskvadan pul və yardım alan qurumlar və insanlar var.

Özüm və üzvü olduğum partiya heç zaman heç kimdən qrant almadıq. Bəlli məsələdir ki, Qərb və beynəlxalq təşkilatlar qrant fəaliyyətini şəffaf şəkildə qururlar. Ən azından müvafiq saytlarda kimə, nə məqsədlə və nə qədər qrant verildiyi açıq göstərilir.

Və onların şəffaf qrantları demokratiya, insan haqları kimi sahələrə aid olursa, Moskvanın gizli maddi dəstəyi avtoritarizmin güclənməsinə yönəlir.

Hələlik bu qədər.

İnsan Hüquqları Gününüz mübarək!

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb. 

Arqument.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button