2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İsa Qəmbər və Müsavat rəhbərliyi də prokurorluğa çağırılıb

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluqda həbsdəki jurnalist Əfqan Muxtarlının işi üzrə dindiriləcək.

Bu haqda prokurorluqdan onlara çağırış vərəqələri gəlib. Arif Hacılı AzadlıqRadiosu-na açıqlamasında bunu təsdiq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Çağırış vərəqəsində göstərilir ki, İ.Qəmbər, A.Hacılı və G.Aslanlını şahid qismində istintaqa cəlb edilib.

Buna da bax:​ Əliyevin ‘anti-milli, satqın ünsürlər’ sözlərinə reaksiyalar

İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə verməkdən ötrü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olmalıdır.

Çağırış vərəqəsini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Əli Babayev göndərib.

Bu gün, iyunun 14-də iki jurnalist Şahvələd ÇobanoğluSevinc Vaqifqızı da Baş Prokurorluğa çağırılıb.

Onların dindirilməsinin də Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı olduğu bildirilir.

Buna da bax:​ İsa Qəmbər: ‘Əliyev rejimi qırmızı həddi keçir’

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Buna da bax:​ Muxtarlının vəkili Tbilisi prokurorluğunu məhkəməyə verdi

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button