2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İşadamı: ‘Bu tenderlər məndə şübhə doğurur’

Son zamanlar Azərbaycanda səfərdə olan rəsmi xarici qonaqlar, səfirlər təmsil etdikləri ölkələrin Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasında iştirakda maraqlı olduqlarını bildirirlər.

Dünən, oktyabrın 27-də Birləşmiş Ştatların Azərbaycandakı səfiri Li Litzenberqer də işğaldan azad olunmuş ərazilərdə ölkəsinin şirkətlərinin mümkün iştirakından danışıb.

Lakin bəzi yerli ekspertlər hesab edirlər ki, Qərb şirkətlərinin Azərbaycana gəlməsi üçün açıq və şəffaf tenderlərin keçirilməsi vacib şərtlərdən biridir. Azərbaycanda Hesablama Palatasının hesabatlarında da satınalmalarda baş verən nöqsanlarla bağlı qeydlər yer almaqdadır.

Saytların yığılması Saytlarin yigilmasi

Açıq tender yox, təkliflər sorğusu…

Bu il martın sonunda işğaldan azad edilən ərazilərin bərpası ilə bağlı altı tender elan olunmuşdu. Vahid dövlət satınalmaları portalının açıqladığı məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin 20 milyon manatlıq tenderləri açıq tender yolu ilə deyil, təkliflər sorğusu ilə həyata keçirib. Üstəlik, təklifləri hazırlamaq üçün iştirakçılara cəmi dörd gün vaxt verilib, təkliflər sorğusunda iştirakçıların sayı və təkliflər açıqlanmayıb. Yalnız qaliblərin adları və görüləcək işlərin həcmi açıqlanıb.

Bunla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə danışmaq mümkün olmayıb. Amma Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Turan”a bildirilib ki, “Dövlət satınalmalarının vahid elektron portalı”nın yaradılması, açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda fəal iştirakına zəmin yaradıb: “2020-ci ildə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə müqayisədə 8.03 faiz dövlət vəsaitinə qənaət olunub. Bu, 2019-cu illə müqayisədə 12.8 faiz çoxdur. Həyata keçirilmiş 230 tenderdə və 1061 kotirovka sorğusunda aşkar olunmuş qanun pozuntuları səbəbindən nəticələri ləğv edilib”.

N.Bəydəmirli

“Bəzən heç kağız üzərində baş vermir”

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna mövzu ilə bağlı bunları deyib: “Korrupsiya daha böyük məbləğlərdə davam edir. Azərbaycanda tenderlər yalnız kağız üzərində keçirilir, bəzən heç kağız üzərində baş vermir. Türkiyənin elə şirkətləri var ki, onların şəffaflığı ilə bağlı Türkiyə cəmiyyəti həyəcan təbili çalır, o şirkətlər Qarabağda əsas söz sahiblərinə çevrilir”.

Onun sözlərinə görə, tikinti-quruculuq işlərinə töhfə verə bilən yerli şirkətlər isə kənarda qalır: “Qardaş ölkəmizə məxsus olsalar da, həmin şirkətlərin tenderin necə qalibi olmaları ilə bağlı suallar ünvanlanmalıdır. Bu tenderlər məndə şübhə doğurur”.

Hərçənd, bu günlər Azərbaycan Milli Məclisinin bəzi üzvləri də vurğulayırdılar ki, Qarabağın bərpası işlərinə haram məsələlərin qatılmasına imkan verilməyəcək. Onların deməsinə görə, bundan ötrü də hakim iradə var.

Xatırlatma

2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bu ilin dövlət büdcəsindən Qarabağın bərpasına 2.2 milyard manat ayrıldığı açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button