2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İşçi Qrup Azərbaycana sanksiyalar tələb edir

“Mehman Əliyevin həbsi, “Turan” İnformasiya Agentliyinin bağlanması Azərbaycan hökumətinin insan haqları və azadlıqlar məsələsində güzəştə getmək fikrində olmadığının növbəti dəfə ultimativ nümayişidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun müraciətində belə yazılır.

“Mehman Əliyevin həbsi ilə ölkədə siyasi məhbusların sayı158-ə yüksəlib. Onlardan 10-u jurnalist və bloggerlərdir”, sənəddə deyilir.

İşçi Qrup müraciəti BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlara ünvanlayıb:

“Avtoritar Azərbaycan hökuməti ilə danışıqlarda, işbirliyində insan haqları və demokratiya məsələsindən alver predmeti kimi istifadə edilməsinə, vətəndaş cəmiyyətinə qarşı repressiyalara göz yumulması siyasətinizə son qoyulsun. Biz, Avropa Şurasının Parlament Assambleyasından, Nazirlər Komitəsindən Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma adekvat addımlar atmağı tələb edirik. Sizin laqeydliyiniz repressiv hökuməti ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir. Biz, ABŞ və Avropa Birliyi ölkələri hökumətlərini Azərbaycanda ünvanlı sanksiyaları tətbiq etməyə çağırırıq”

Sənəd müəllifləri həmçinin, beynəlxalq maliyyə institutlarını ölkədə vətəndaş cəmiyyətinin normal fəaliyyətinə şərait yaranana kimi Azərbaycanın həyata keçirdiyi beynəlxalq və yerli xarakterli iqtisadi layihələrə dəstəyi dayandırmağa səsləyib.

 Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupa keçmiş məhbuslar, jurnalistlər və hüquq müdafiəçiləri daxildir.Ancaq Azərbaycan hökumətinin təmsilçiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. (Amerikanin səsi)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button