2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“İşçilər qışda donan, yayda qızan dəmir köşklərdə dincəlməyə məcbur edilir”

Mirvari Qəhrəmanlı: “İki ildir ki, bu sistemdə təmir adı ilə çoxlu pullar silinib”

“”28 May” Neft Qaz Çıxarma İdarəsinin 8 və 5 saylı Dərin Dəniz Özülündə 2 ilə yaxındır istilik-soyutma sistemi yoxdur. Neftçilər qışın soyuğunda, yayın istisində işləməyə, gecə növbəsindən sonra soyuqda buz bağlayan, istidə qızan dəmir köşklərdə dincəlməyə məcbur qalıblar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi təşkilata müraciətlər daxil olub. Neftçilər bildiriblər ki, sistem ötən ilin qışından sıradan çıxıb.

“Qışda soyuğa yenə dözmək olur, yayın qızmar istisində vəziyyət daha da çətinləşir. İndidən isti otaqlarda nəfəs almaq çətindir. Gecə növbəsindən gələn yorğun fəhlə normal yatıb dincələ bilmir. Fəhlələr deyirlər ki, dəfələrlə rəhbərliyə məlumat verilsə də, bu barədə bir əncam edən tapılmır”,-Qəhrəmanlı söyləyib.

Təşkilat rəhbəri ona verilən məlumata əsaslanaraq deyir ki, SOCAR -ın bütün isitmə-soyutma sisteminin təmiri, yenilənməsi “A-Kond” şirkəti tərəfindən həyata keçirilir:

“İşçilər deyirlər ki, İki ildən artıqdır “Günəşli” yatağındakı platformaların yaşayış blokundakı köhnə isitmə-soyutma sistemləri sökülüb, dəyəri 60 min manat isitmə soyutma (Kalorifer) sistemi ilə əvəz olunub. Bu sistemlər isə platformalardakı yaşayış bloku üçün çox zəifdir, havalandırma sistemi nəmişli havada tez sıradan çıxır, üstəlik keyfiyyətsizdir. Bunu sistemə baxmaq üçün dəvət olunmuş türk mütəxəsisi də təsdiq edib. İki ildir ki, bu sistemdə təmir adı ilə çoxlu pullar silinib. Sistem isə işləmir”.

İşçilər deyiblər ki, problemlə əlaqadar şikayət etdikdə “Azneft” İstehsalat Birliyindən gəlir, blok rəisləri isə sistemin normal olduğu haqda Akta imza atır.

SOCAR-dan Meydan TV-yə bildiriblər ki, onlara bu barədə şikayət daxil olmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button