2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İşdən çıxarılan cəbhəçilər məhkəməyə müraciət edir

Milli Şuranın son mitinqindən sonra AXCP fəallarına təzyiqlər daha da güclənib. Mitinqdə iştirak edib-etməməsindən asılı olmayaraq işləyən cəbhəçilər dilemma qarşısında qoyulub;  ya partiyadan istefa verməlidirlər, ya da işləri ilə vidalaşmalıdırlar.

Saytların yığılması Saytlarin yigilmasi

AXCP Neftçala Rayon Şöbəsinin sədri Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə də məhz partiyadan istefa vermədikləri üçün  çalışdıqları  məktəblərdən əmrlə işlərindən azad olunublar.

Əməkdaşımız Neftçala rayonunda olub, işdən çıxarılmış AXCP üzvlərini dinləyib. Əflatun və Ülkər Əhmədzadə işdən çıxarılmalarını tam qanunsuz sayıb. Bununla bağlı tezliklə məhkəməyə müraciət edəcəklərini bildiriblər.

AXCP üzvləri ilə müsahibəni izləyicilərimizə təqdim edirik.

[youtube https://www.youtube.com/watch?v=ePlFjFw3WuI?feature=oembed&w=500&h=281]

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button