2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İşdən çıxarılan nazirlər – kimlər haradadır?

Onların arasında bizneslə məşğul olanlar da var, ekspert kimi fəaliyyət göstərənlər də…

1993-cü ildən bu günə qədər Azərbaycanda yüksək dövlət vəzifələrində işləmiş və sonradan postlarını bu və ya digər səbəblərdən itirən şəxslər daim gündəmdə olublar. Sabiq dövlət məmurları arasında hazırda həbsdə olanlar,  xarici ölkələrə səfir göndərilənlər, Avropada mühacir həyatı yaşayanlar, postları digər vəzifə ilə əvəz olunanlar kifayət qədərdir. Keçmiş iri ranqlı dövlət məmurlarının harada olmaları, məşğuliyyətləri hər zaman maraq doğurur. Bunun üçün də son 23 ildə yüksək vəzifələrdə çalışan sabiqlərin bəzilərini yaddaşlara qaytardıq. Əslində bu siyahıya müstəqillik qazandığımız ilk illərdən başlaya bilərdik. Lakin 1991-93-cü illərin gərgin dövr olduğunu, vəzifələrin əldən-ələ keçdiyini nəzərə alaraq, indiki hakimiyyətin dövründən başladıq. 
 
 
Image result for Surət Hüseynov-
1.Surət Hüseynov-1993-94-cü illərdə baş nazir postunda çalışıb. Sonradan vəzifəsindən uzaqlaşdırılan və ömürlük həbs cəzasına məhkum edilən S.Hüseynov 2005-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Hazırda bizneslə məşğuldur.
Image result for Rəsul Quliyev
2. Rəsul Quliyev-Milli Məclisin ilk sədri olub. 1996-cı ildə vəzifəsindən istefa verib və bu günə qədər Amerikada siyasi mühacir həyatı yaşayır.
KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ “YENİ MÜSAVAT”a SENSASİON FAKTLAR AÇIQLADI
3.Vaqif Novruzov– 1993-94-cü illərdə daxili işlər naziri olub. Hazırda onun Bakıda olduğu, Mərdəkanda yaşadığı deyilir.
Image result for Fikrət Yusibov
4.Fikrət Yusibov-1994-99-cu illərdə maliyyə naziri olub. Hazırda iqtisadçı ekspertdir. Mətbuatda daim iqtisadi müsahibələri ilə gündəmdədir. Onun işini Əvəz Ələkbərov davam etdirib. 2006-cı ildən Ə.Ələkbərovu Samir Şərifov əvəz edib.
Image result for Əli İnsanov
5. Əli İnsanov-1993-2005-ci illərdə səhiyyə naziri olub. 2005-ci ilin oktyabrında həbs edilən Ə.İnsanov 11 il həbs cəzası alıb. Ötən ay həbs müddəti başa çatan sabiq nazirə qarşı əlavə cinayət işi açılıb.
Image result for Fərhad Əliyev
7.Fərhad Əliyev-2001-2005-ci illərdə iqtisadi inkişaf naziri postunda çalışıb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə pezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib. Azadlığa çıxdıqdan sonra sabiq nazir Avropaya mühacirətə gedib. Hazırda Almaniyada siyasi mühacirdir.
Image result for Nəriman İmranov
8.Nəriman İmranov-1993-ün iyulundan 1994-cü ilin oktyabrına qədər milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-cü il dekabrın 21-də bir qrup şəxsin nazirliyin təcridxanasından qaçırılmasının təşkilinə görə vətənə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib.
2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb. Bakıda evi olsa da, hazırda N.İmranov Rusiyada yaşayır. 
Image result for Namiq Abbasov
9.Namiq Abbasov-1995-ci-2004-cü illərdə milli təhlükəsizlik naziri işləyib.  Nazir postundan uzaqlaşdırılandan sonra N.Abbasov 2004-2012-ci illərdə Azərbaycanın Özbəkistanda səfiri olub. Hazırda təqaüddədir.
Image result for Eldar Mahmudov
10. Namiq Abbasovu əvəzləyən sonuncu MTN rəhbəri Eldar Mahmudov olub. Nazirlikdə bütün çevrəsi həbs edilən, lakin özü həbs edilməyən Mahmudov son bir ilin əsas gündəmdə olan şəxslərindən biridir. Onun Bilgəhdəki bağ evində yaşadığı bildirilir. Ötən ilin oktyabrındakı “MTN inqilabı”ndan sonra nazirliyin adı dəyişdirilib. Hazırda Dövlət Təhlükəsizlik Xidməti adlanır ki, ona da Mədət Quliyev rəhbərlik edir.
Image result for Səfər Əbiyev
11.Səfər Əbiyev– 1995-2013-cü illərdə müdafiə naziri olub. 18 illik fəaliyyəti dövründə ordunun vəziyyətinə görə daim tənqidlərə məruz qalan Əbiyev postundan uzaqlaşdırılandan sonra tamamilə siyasi səhnədən çəkilib. Onun harada yaşadığı belə məlum deyil. Bəzi məlumatlara görə, sabiq nazirin Çexiyada çoxsaylı mülkləri var və hazırda o, Praqada yaşayır.
Image result for Eldar Həsənov
12. Eldar Həsənov-1995-2000-ci illərdə baş prokuror olub. Vəzifəsindən getdikdən sonra müxtəlif vəzifələrdə çalışan E.Həsənov hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya Herseqovinada səfiridir.
Image result for Həsən Həsənov
13. Həsən Həsənov-1993-98-ci illərdə xarici işlər naziri işləyib. Sonralar Həsənov 2004-2010-cu illərdə Macarıstanda, hazırda isə Polşada səfirdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button